AZ

Medvedev Zelenskini “öldürdü” - Paylaşdığı plakat maraq doğurub + FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiyanın keçmiş prezidenti və hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev növbəti qeyri-adekvat hərəkəti ilə diqqət cəlb edib.

“AzPolitika” xəbər verir ki, Medvedev paylaşdığı plakatda Ukrayna Prezidenti Volodimir Zelenskini “öldürüb”. Şəkildə Ukrayna Prezidentinin “güllələnməsi” əks olunub. Medvedev şəklin altına “1 May bayramınız mübarək!” yazıb.

Ötən əsrin Stalin repressiyaları dövrünə aid afişaları xatırladan şəkildən göründüyü kimi, Zelenskinin kəmərində nasist svastika işarəsi, belində isə xəncər var. Rusları Ukraynanın “nasist lideri” ilə qorxudan sabiq prezidentin bu primitiv, gülünc paylaşımı növbəti dəfə kəskin tənqidlərə tuş gəlib və Rusiya kimi nəhəng bir ölkənin başında kimlərin durduğuna dair sualı bir daha aktuallaşdırıb.

“AzPolitika.info” 

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla