AZ

Bakıda yol polisi əməkdaşı 6 qız uşağını himayəyə götürdü - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bir əməkdaşı anaları tərəfindən küçəyə tərk edilən 2 qız uşağınıda himayəyə götürüb. Avtosfer.az xəbər verir ki, bununla bağlı QHT rəhbəri, Qadın və Uşaq Sığınacağının direktoru Mehriban Zeynalova sosial şəbəkələrdə məlumat paylaşıb. O bildirib ki, yol polisi əməkdaşı həmin uşaqların bütün geyimlərini və böyük bacının gözündə olan problemin aradan qalxması, yaxşı görə bilməsi üçün əməliyat və ya müalicəni də etdirəcəyini bildirib.

Onu da qeyd edək ki, adının çəkilməsini istəməyən şəhər yol polisi əməkdaşı uzun müddətdir sığınacaqda əlavə 4 qız uşağını himayəsində saxlayır. Qızların bütün ehtiyacları özü ödəyir.

Mehriban Zeynalovanın paylaşdığı videoda həmin qızların mağazadan geyim aldıqları əksini tapıb.

 

Nərmin

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla