AZ

Mütəxəssis: "PR sahəsi kifayət qədər inkişaf etməyib"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Son illərə nəzər salsaq görərik ki, PR iqtisadi bazarı nəinki təşkil edir, həm də formalaşdırır, inkişaf etdirir və  şirkətlərin rəqabətdə qalmasına, eyni zamanda yüksək gəlirlər əldə etməsinə imkan yaradır. Müasir dövrdə  məhsulların və xidmətlərin təşviqi birbaşa reklamla yox, PR vasitəsilə markanın və ya təşkilatın  müsbət imicinin formalaşmasi ilə həyata keçirilir. Bu gün ölkəmizdə reklama kifayət qədər böyük sərmayə yatıran, lakin düzgün PR aparmayan şirkətlər var. Onlar sonradan dəymiş zərəri aradan qaldırmaq üçün çoxlu zaman və məsrəflər sərf edirlər.

Marketinq və PR üzrə  mütəxəssis Tural Ozan "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, həm ölkənin iqtisadi bazarında, həm də sosial ictimai mühitdə əksər hallarda PR reklam və ya bir  təşəbbüs kimi başa düşülür. Onun sözlərinə görə, PR (public relations) - ictimaiyyətlə əlaqəli bir sahədir və PR-ın sosial ictimai həyatda, dövlət orqanları və strukturlarında, eyni zamanda qeyri-kommersiya təşkilatlarında böyük əhəmiyyəti var: "Bu gün ölkə  bazarında nümunəvi PR strategiyalarına malik çox az sayda şirkət göstərilə bilər. Mükəmməl PR doğru reklam, dinamik inkişaf, sədaqətli müştəriyə sahib olmaq deməkdir".

Bu gün ölkəmizdə olan şirkətlər, dövlət strukturları və təşkilatlar ictimaiyyətlə əlaqələrin qurulması istiqamətində işlər aparsalar da, bu istiqamətdə problemlər qalmaqdadır. Təsadüfi deyil ki, hal-hazırda özəl sektor şirkətləri tez-tez böhran kommunikasıyasına məruz qalır və bu vəziyyətdən çıxmaqda çətinlik çəkirlər.

T. Ozan bildirir ki, böhran kommunikasiyası PR-da ən vacib mərhələlərindən biridir: "Uğurlu PR strategiyasına malik olan şirkət və ya PR mütəxəssisi ən yaxşı halda böhran kommunikasiyasına düşməməli və düşdükdən sonra bunu təmsil etdiyi təşkilatın və ya şirkətin xeyrinə çevirə bilməlidir. Dövlət qurumları və strukturlarında isə bu məsələlərə xüsusi qaydada yanaşmalı, ictimaiyyətlə əlaqələr məsələlərində ictimaiyyətin mövqeyi və iştirakı təmin edilməlidir. Çox təəssüf ki Azərbaycanda bu sahə çox inkişaf etməyib. Buna əsas səbəb  universitetlərdə bu sahə üzrə spesifik  ixtisaslarının olmamasıdır. Son illərdə iki universitetimizdə bu ixtisas tədris olunmağa başlayıb. Məhz buna görə ölkəmizdə PR mütəxəssisləri barmaqla sayılası qədərdir . Mümkün olan məsələləri və problemləri aradan qaldırmaq üçün PR sektorunda işlər aparılır. Bu il mənim təşəbbüsüm ilə ölkəmizdə ilk dəfə PR forumu keçirilməsi üçün müvafiq təşkilati işlər görülüb, ilkin danışıqlar aparılıb. Azərbaycanda ilk dəfə PR mütəxəssislərini bir araya toplayacaq və hər il mütəmadi olaraq keçiriləcək PR forumu layihəsini yaxın zamanda həyata keçirəcəyik. Bu istiqamətdə işlər gedir. Ümid edirik ki, ictimaiyyətlə əlaqələr sektoru Azərbaycanda daha da möhkəmlənəcək və bu sahənin inkişafı etməsi  ölkəmizin ictimaiyyətlə əlaqələr sektoruna fayda verəcək".

Havar Şəfiyeva 

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
336
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
301
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
259
Azərbaycanda bu məhsul bahalaşdı
254
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
239
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
236
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
231
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
217
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
198
Helikopter qəzası ilə bağlı yeni xəbər
197
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
183
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
178
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
165
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
163
Həlak olan şəxslər sabah dəfn olunacaq
162
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
160
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
129
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
128
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
125
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
121