AZ

Əməkdar artist: “Yuxarıdan” tapşırılan tələbələri...”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Üzərində əziyyət çəkməyən uşaq, tələbə məni əsəbləşdirir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Təyyar Bayramov “Xoş gəldim” verilişində deyib.

Tələbələrindən söz salan sənətçi proqramın aparıcısı Amil Xəlilin “Tələbələrinizi “yuxarıdan” tapşıran olur” sualını özünəməxsus şəkildə cavablandırıb:

“Üzərində əziyyət çəkən uşaq adamın gözünün işığıdır. Elə bilirsən ki, sənin doğmandır. Elə mənim tələbələrimin hamısı yuxarıdan tapşırılıb da (gülür). Arada deyirlər ki, “bir uşaq var, sənin sinfini istəyir”. Bir şey də var da, məndə baş altına yastıq qoymaq yoxdur. Ya səsi var, ya da səsi yoxdur. Mən açıq deyirəm sözü. Mənim tələbədən heç bir təmənnam yoxdur. Ona görə səs, istedad əsasdır. Mən toyxanaya uşaq hazırlaşdırmıram”.

Ziyafət Əlsioy

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla