AZ

Almaniya iqtisadiyyatında artım

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Almaniya iqtisadiyyatı birinci rübdə gözləntiləri bir qədər üstələyib.

“İki sahil” xəbər verir ki, Almaniya Statistika İdarəsinin (Destatis) açıqladığı ilkin məlumatlara görə, ölkə iqtisadiyyatı birinci rübdə cüzi artım qeydə alınıb. Ümumi daxili məhsul ötən ilin son üçı ilə müqayisədə 0,2% artıb.

Destatis həmçinin bildirib ki, cüzi artım tikinti və ixracda ümumi əsas kapitalın formalaşmasının artması ilə əlaqədardır. Digər tərəfdən, ev təsərrüfatlarının son istehlak xərclərində azalma müşahidə edilib.

2024-cü ilin birinci rübündə ÜDM 2023-cü ilin birinci rübü ilə müqayisədə 0,9% azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 iş günü az olması səbəbindən qiymət və təqvim düzəlişlərindən sonra azalma daha az (0,2%) olub.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla