AZ

Qəzzada həyatını itirən 2 İsrail əsgərini öz ordusunun vurduğu ortaya çıxdı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ötən bazar günü İsrailin Qəzzada keçirdiyi əməliyyatlar zamanı həyatını itirən iki İsrail əsgərinin öz ordusunun açdığı atəş nəticəsində həyatını itirdiyi müəyyən edilib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail ordusu tərəfindən blokada altında olan Qəzzada hücumlar davam edərkən, ötən bazar günü əməliyyatlar zamanı həyatını itirən iki İsrail əsgəri ilə bağlı aparılan istintaqda təəccüblü nəticə ortaya çıxıb. İsrail ordusunun Yiftah briqadasına məxsus tankın təyin olunmuş ərazidən kənarda yerləşən binaya atəş açması nəticəsində 28 yaşlı İdo Aviv və 37 yaşlı Kalkidan Meharim adlı İsrail əsgərlərinin həyatını itirdiyi bildirilib. Açıqlamada, atəş açılan binada həyatını itirənlərlə yanaşı çoxlu İsrail əsgərinin də olduğu bildirilib. Əfsanə Rəcəb

Manşet.az

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla