AZ

"Bakıda keçirilən Beynəlxalq Forumun çox ciddi tarixi əhəmiyyəti var" - MÜNASİBƏT BİLDİRİLDİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Bakıda keçirilən Beynəlxalq Forumun əslində çox ciddi tarixi əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu, birinci növbədə ölkənin təbliği ilə bağlı çox vacib tədbirdir: "İkincisi isə Bakını tolerantlıq mərkəzi kimi təqdim etmək fürsətidir. Üçüncü də bu ölkəyə gələn insanların Azərbaycanla bağlı yetkin təsəvvürlərinin formalaşmasını təmin edən bir prosesdir. Bunlar hamısı bütövlükdə Azərbaycanın inkişafına, onun müəyyən inkişafını göstərməyə fürsət yaradan hadisələrdir. Biz çalışmalıyıq ki, Azərbaycanla bağlı bu cür tədbirləri daha da genişləndirək.

Burada müzakirə olunan məsələlər həm də post-müharibə dövründən sonra Azərbaycanın daha çox humanitar istiqamətdə çalışmalarını önə çəkən bir fəaliyyətdir. Biz də bu prosesi ölkəmizin təbliği üçün ciddi fürsət olaraq dəyərləndirməliyik. Xüsusilə də, COP29 ərəfəsində belə bir forum həm də Azərbaycana diqqətin artmasına gətirib çıxaracaq. Biz bu prosesləri hər halda doğru təbliğat sistemi ilə qursaq, öz faydamıza və özümüzün təbliğimizə çox böyük şəkildə istifadə edə bilərik. Burada həm də müxtəlif ölkələrdən gələn düşüncə adamlarının fikirləri yer alacaq. Onlar geri dönəndən sonra yazdıqları yazılar, müəyyən məsələlərlə bağlı açıqlamalar da bütövlükdə Azərbaycanın gələcəyinə yönəlmiş müxtəlif layihələrin yaxşı mənada gerçəkləşməsinə səbəb olacaqdır. Bu, imic məsələsidir. Azərbaycan dialoq keçirə bilən ölkə imicini daşıdığını bu kimi məsələlərlə daha aydın şəkildə göstərməkdədir".

Müəllif: Söylü Ağazadə
Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla