AZ

Bitkoinin dəyəri 60 min dollardan aşağı düşdü - SƏBƏBLƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 5,2% azalaraq 2 trilyon 210 milyard dollara geriləyib.

"Ölkə.Az" xəbər verir ki, bu barədə "Coinmarketcap" saytının məlumatında qeyd olunub.

"Binance"ın top meneceri vəzifəsindən istefa verən Çanpen Zaonun 4 aylıq həbs cəzası almasından sonra FED-in faiz qərarı öncəsi ən böyük kriptovalyuta olan bitkoinin dəyəri son 24 saatda 59 min 120 dollara enib.

Bitkoinin həftəlik dəyər itkisi 10%-ə yaxın olub. Martın 14-də 73 min 750 dollar dəyərlə tarixi maksimuma çatan bitkoin 46 gündə 18% ucuzlaşıb.

Bazar dəyərinə görə 2-ci yerdə olan ethereumun qiyməti isə 3 min dollardan aşağı düşüb və 2 min 954 dollar səviyyəsində ticarət olunub.

Analitiklər ABŞ-də inflyasiya təzyiqlərinin davam etdiyinə dair məlumatlardan sonra kriptovalyuta bazarında mənfi tendensiyanın müşahidə olunduğunu bildiriblər.

Könül
Ölkə.Az

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla