AZ

Mərkəzi Bank 2024-cü il üzrə inflyasiya proqnozunu azaldıb

Bakı. Trend:

Azərbaycanda 2024-cü və 2025-ci illərdə illik inflyasiya hədəfdaxilində (4±2%) olacaq.

Trend bubarədə Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir.

Məlumata əsasən, bu ilin aprel proqnozlarına görə, illikinflyasiyanın 2024-cü ilə 3,5%, 2025-ci ildə osə 4,2% olacağıgözlənilir.

Apreldə proqozun yanvar proqnozu ilə müqayisədə azaldığıvurğulanır.

"Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətlidəyişiklik baş verməmişdir. Geosiyasi gərginliklər, mühümbeynəlxalq ticarət yollarında yaranan maneələr, iqlimdəyişiklikləri, dünya bazarında əmtəə qiymətlərinin və tərəfdaşölkələrdə inflyasiyanın dəyişkənliyi xarici mənşəli başlıcainflyasiya riskləri olaraq qalır. Bununla belə dünyada monetarşərtlərin sərt olaraq qalması, ortamüddətli perspektivdə aparıcıölkələrdə mərkəzi bankların faizləri daha mülayim endirməsigözləntiləri qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanıartıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin,eləcə də dövlət xərclərinin aktivləşməsi və məcmu tələbin izafiartımı ilə əlaqədardır.

Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləribir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağıtəqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəfdaxilində (4±2%) olacağı gözlənilir (aprel proqnozu: 2024-cü ilə3.5% və 2025-ci ilə 4.2%). Apreldə 2024-cü ilə inflyasiya proqnozuazalma istiqamətində dəyişdirilmişdir", - məlumatda deyilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
az.trend.az

1Mənbələr