AZ

Türkiyədə 40-dan çox İŞİD üzvü həbs edildi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Türkiyədə 40-dan çox insan “İslam Dövləti” qruplaşması ilə əlaqədə şübhəli bilinərək saxlanılıb. Vətəninfo.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib.

“İŞİD terror qruplaşmasına qarşı ölkənin 12 vilayətində həyata keçirilən əməliyyatlar çərçivəsində 41 nəfər saxlanılıb”, – nazir özünün “X” (keçmiş “Twitter”) səhifəsində yazıb.

Ən çox həbs edilənlər İstanbulda olub – 10 nəfər. Əməliyyatların keçirildiyi yerlərdə odlu silahlar götürülüb.

Aprelin 29-da Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri İstanbulda terror aktı hazırlamaqda şübhəli bilinən səkkiz nəfərin saxlanıldığını açıqlayıb. Onlardan biri yüksək güclü əldəqayırma partlayıcı qurğunun istehsal edildiyi yerdə nəzarətə götürülüb.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, il ərzində ölkədə 3 mindən çox insan İslam Dövləti ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla