AZ

Yeni yerüstü piyada keçidinin inşasına başlanıldı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindənpiyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə,Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 3-cü km-də yenipiyada keçidinin inşasına start verilib.

Trend xəbər verir ki, bu barədə AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, layihə üzrə keçidin ümumi uzunluğu 51 metr,daxili eni 3.50, pilləkənlərin eni 3 metrdir:

"Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdanibarət, metal konstruksiyalıdır. Hazırda keçiddə özül svaylarınınvurulması işləri aparılır.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fizikiməhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasirlift sistemləri quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobusciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarınınquraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçünnəzarət otağının tikintisi, piyada keçidinin ətrafındaabadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalarəsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşaedilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat vətəhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digərərazilərdə də piyada keçidlərinin inşası aparılacaq".

Məqalədə:
Seçilən
14
13
Mənbələr
Şərh ()
Bağla