AZ

Tuxel: “Qəribədir, iki imkanı iki qola çevirdilər”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının “Real”la ilk yarımfinal oyununda doğma meydandakı heç-heçəni (2:2) şərh edib.

Arena.az “Bulinews” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Çox yaxşı başladıq və ilk dəqiqədə önə keçə bilərdik. Sonra planımıza sadiq qalmağı boşladıq. Səbəbini belə, bilmirəm. Qol buraxdıq və vəziyyət çətinləşdi.

İkinci hissədə daha yaxşı oldu. Daha əzmkarlıq nümayiş etdirdik. Hesabı 2:1 etdik və çoxlu imkanlarımız oldu – üçüncü qolu vurmaq gərək idi. Qəribədir, iki imkanı iki qola çevirdilər.

İndi vəziyyət aydındır. Madriddə qələbə və finala yüksəlmək. Mənim üçün şanslar yenə də bərabərdir, görək nə olacaq”, deyə Tuxel bildirib.

Xatırladaq ki, cavab oyunu mayın 8-də “Santyaqo Bernabeu”da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla