AZ

““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Gələcək ABŞ-Çin qarşıdurmasında Rusiya kimin tərəfində olacaq? Söhbət əsasən bundan gedir. Dava elə bunun davasıdır...”
 
“Hazırda Qərb siyasətçi və analitiklərini düşündürən əsas suallardan biri ondan ibarətdir ki, gələcək ABŞ-Çin qarşıdurmasında Rusiya kimin tərəfində olacaq. Söhbət əsasən bundan gedir. Dava elə bunun davasıdır. Bu gün Birləşmiş Ştatlar tərəfindən açıq şəkildə Çinin iqtisadi imkanlarının güclənməsindən bəhs edilir. Bu amilin artıq ciddi siyasi faktora çevrildiyi bildirilir.  Lavrovun da, Blinkenin də ildə bir neçə dəfə ardıcıl olaraq Pekinə səfər etmələri də bunun göstəricisidir. Odur ki, yalnız Rusiya-Ukrayna müharibəsində deyil, planetdəki bir çox digər siyasi, hərbi, iqtisadi olay və proseslərdə bu iki qlobal gücün – ABŞ və Çinin qarşıdurmasının izlərini görə bilərik.  Eləcə də Yaxın Şərqdəki son proseslərdə də bu amilin rolu hiss olunmaqdadır”. 
 
Sabiq baş diplomat Tofiq Zülfüqarov bu fikirləri Moderator.az əməkdaşının “Rusiya-Ukrayna savaşında Çin amilinin rolu nə qədərdir?” sualını cavablandırarkən söyləyib.
 
“Məsələn, bildiyiniz kimi, Çin ötən il İranla Səuduyyə Ərəbistanı arasında münasibətlərin bərpası istiqamətində səylər göstərdi. Və bu da xeyli gözə görünən nəticələr verdi. Lakin son hadisələr göstərir ki, İrandan İsrailə uçan raketlərin vurulması həm İordaniya, həm də Səuduyyə Ərəbistanı tərəfindən həyata keçirilib. Bu, dünyada yeni bir siyasi dönüşün təzahürüdür. 10 il bundan öncə kimin ağlına gələrdi ki, İsrailə atılan İran raketlərini Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri vura bilər. Burada biz yeni bir hərbi-siyasi koalisiya yaradılmasının şahidi oluruq. Və həmin koalisiya yalnız İrana qarşı deyil, bəlkə də regiondakı digər oyunçulara qarşı da istifadə oluna bilər. Yadınızdadırsa, Tramp administrasiyası Yaxın Şərqlə bağlı  məlum “Avraaam” sazişlərini çox irəli aparmağa çalışırdı. Ancaq Bayden hakimiyyətə gələndən sonra həmin proses durduruldu. Bu gün görürük ki, bəzi ərəb ölkələri İsraillə əlaqələri inkişaf etdirməkdədir. Odur ki, bəzən bölgədə çox qəribə mənzərələr yaranır. Məsələn, İsraillə savaş aparan “HƏMAS” təşkilatının liderləri hazırda Qətərdə oturur, həmin ölkədə isə ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazası yerləşir. Və Qətərin Səudiyyə Ərəbistanıyla çox geniş əlaqələri mövcuddur. Bir sözlə, qlobal siyasət çox ağlagəlməz peyzajlar yaranır. Yəni çox şey bizə göstərilən, danışılan kimi deyil”, -deyə açıqlamasının davamında sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın 
 
Seçilən
4
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
481
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
406
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
341
Azərbaycanda bu məhsul bahalaşdı
336
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
305
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
297
Helikopter qəzası ilə bağlı yeni xəbər
282
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
281
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
272
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
268
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
252
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
243
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
237
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
214
Həlak olan şəxslər sabah dəfn olunacaq
206
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
205
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
184
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
173
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
164
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
142