AZ

Azərbaycan Dünya kubokuna 43 idmançı ilə qatılıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya kubokunda iştirak edəcək Azərbaycan idmançılarının sayı bəlli olub.

İdman.biz xəbər verir ki, bu, yarışla bağlı keçirilən mətbuat konfransında açıqlanıb.

Bildirilib ki, stend və güllə atıcılığı üzrə baş tutacaq Dünya kubokunda yığmamız 43 snayperlə təmsil olunacaq.

Bu gün start götürən yarışda isə ümumilikdə 84 ölkədən 700 idmançı iştirak edəcək. Dünya kubokuna mayın 12-də yekun vurulacaq.

Emin Ağa
İdman.biz

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla