AZ

Zamana sığmayan liderin idarəçilik və varislik fəlsəfəsinin konseptual salnaməsi - AKADEMİK YAZIR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan Respublikasında ənənəvi olaraq Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərin, fundamental və tətbiqi elmi araşdırmaların, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflər və ixtiralar, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqi və nəzəri tədqiqatlar, habelə yeni material və mexanizmlərin yaradılması istiqamətində müsabiqə elan edir.

Ölkənin davamlı, uğurlu inkişafına həsr olunan bu müsabiqəyə müxtəlif elm sahələri, o cümlədən idarəçilik istiqaməti üçün də əhəmiyyətli olan işlər təqdim edilir. Təqdim edilən işlər arasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəaliyyət istiqamətinə uyğun olan işlərdən biri də fəlsəfə doktoru, dosent Sadiq Qurbanovun "Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiyasıdır.

Heydər Əliyev böyük siyasətçi, zamanın fövqündə dayanan dövlət başçısı, ədəbiyyatımızın və mədəniyyətimizin dərin bilicisi, universal, ensiklopedik zəka sahibi, mütəfəkkir, nadir şəxsiyyət kimi tarixə adını həkk etdirib. Onun misilsiz fəaliyyəti sayəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmağa müvəffəq olub. Bu baxımdan Heydər Əliyev şəxsiyyətinə, onun siyasi fəaliyyətinə, zəngin irsinə maraq hər zaman yüksək olub və tədqiqatçıların diqqətini cəlb edib. Heydər Əliyevin siyasət fəlsəfəsində siyasətə kompleks yanaşma, milli dövlətçilik və milli ideologiya konsepsiyası, Azərbaycanın dirçəlişinin nəzəriyyə və praktikasına bu dahi şəxsiyyətin verdiyi töhfələrin öyrənilməsi olduqca zəruri, vacib siyasi-fəlsəfi və mənəvi əhəmiyyət kəsb edən mövzudur.

Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin konkret fakt və materiallara əsaslanan geniş təhlilinin verildiyi əsərdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında dünyada ilk dəfə tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyaları, bu texnologiyaların əsasında dayanan Ulu Öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi insan inkişafı siyasəti, ardıcıl və məqsədyönlü islahatlar, dövlət qulluğu sistemi üçün yüksəksəviyyəli kadr potensialının formalaşdırılması və səfərbər olunması strategiyası öyrənilir.

Qeyd etmək lazımdır ki, dövlət idarəçiliyi sahəsində qazanılan uğurların real tətbiqi öz ifadəsini müasir dövrdə tapmaqdadır. Uğura aparan bu strategiyanın öyrənilməsi Ulu Öndərin irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir. Dövlət İdarəçilik Akademiyasında təhsilin bütün pillələrində fəlsəfə doktoru, dosent Sadiq Qurbanovun "Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı əsəri tədris prosesinə daxil edilmişdir.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla