AZ

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib.

OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən mədəniyyət evində solist kimi fəaliyyət göstərib. 1969-cü ildə Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub. Oğlunun 2 yaşı olanda, o, həyat yoldaşından boşanıb.

Rəhimi "Qubanın ağ alması", "Gəlmə gəlmə" kimi mahnılarıyla məşhur olub.

Azərbaycanlı


BiG.Az
Seçilən
251
27
Mənbələr
Şərh ()
Bağla