AZ

Azərbaycanlı müğənni evində ölü tapıldı

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib.

OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində ölü tapılıb. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən mədəniyyət evində solist olub. 1969-cü ildə Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub. Oğlunun iki yaşı olanda, o, həyat yoldaşından boşanıb.

Rəhimi "Qubanın ağ alması", "Gəlmə gəlmə" kimi mahnılarıyla məşhurdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
273
27
sonxeber.az

10Mənbələr