AZ

“Rusiya üçün qarşıda 3 mühüm tarix var” – Ekspert xəbərdarlıq etdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiya hazırda Vladimir Putinin andiçmə mərasimi ərəfəsində mümkün qədər böyük qələbələr qazanmağa çalışır.

“AzPolitika” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pyotr Çernik mətbuata açıqlamasında bildirib.

Ekspert qarşıda Rusiya üçün böyük önəmə sahib olan 3 mühüm tarixin olduğunu deyib və bununla bağlı xəbərdarlıq edib: “Rusiya Federasiyasının qarşıda üç müqəddəs tarixi var: Məsihin dirilməsi (Pasxa bayramı-red.), Putinin andiçmə mərasimi və 9 May. Rusiyanın Putinin andiçmə mərasimindən əvvəl ən azı bir neçə uğura ehtiyacı var. Ona görə də onlar təzyiqi artıracaqlar”.

Ekspert əlavə edib ki, Rusiya yaxın gələcəkdə Ukraynaya yeni kütləvi hücumlar həyata keçirə bilər.

“AzPolitika.info”

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla