AZ

Fernando Karro Conatan Ta ilə bağlı qərarı açıqladı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Bayer”in baş direktoru Fernando Karro Conatan Tanın yayda başqa kluba keçə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Arena.az xatırladır ki, “Bayern”in Ta ilə maraqlandığı və “Bayer”in onu 20 milyon avro məbləğə buraxmağa hazır olduğu haqda daha əvvəl məlumat yayılmışdı.

“Biz Ta ilə müqavilənin müddətini uzatmaq niyyətindəyik. Klubumuz futbolçularını havayı buraxmayacaq: ya müqaviləni yeniləyəcəyik, ya da satacağıq.

Conatanla söhbətimiz oldu, biz bunu çox yüksək qiymətləndiririk. Başa düşür ki, klub və hamımız onu komandada saxlamaq istəyirik. Amma bizim də onun öz seçiminə hörmət etməkdən başqa çarəmiz yoxdur. Görək bizdə qalacaq, yoxsa gedəcəkmi. Onun qalacağına ümid var”, deyə Fernando Karro bildirib.

Mərkəz müdafiəçisi olan Conatan Ta “Bayer”ə 2015-ci ilin iyul ayında “Hamburq”dan 9,5 milyon avroya gəlib. 28 yaşlı almaniyalı futbolçu Leverkuzen təmsilçisinin heyətində indiyə qədər 346 oyuna çıxıb. O, bu oyunlarda 14 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

Conatan bu mövsüm “Bayer”lə Almaniya çempionu olub. Bu, həm onun, həm də Leverkuzen təmsilçisinin ilk belə tituludur.

Ta daha öncə “Hamburq” və “Fortuna” (Düsseldorf) komandalarında da oynayıb. Almaniyanın U-16, U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2016-cı ilin mart ayından bu ölkənin əsas millisində çıxış edir. O, Almaniya yığmasında 23 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla