AZ

Sarsaq çox zaman ağıllıdır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Axmağın biri bank soymaq istəyir. Tanınmamaq üçün üzünə limon suyu sürtür. Bu şəkildə üzünün görünməyəcəyinə inanır. Soyğun uğursuzluqla nəticələnir, adam yaxalanır. ABŞ-ın nüfuzlu Kornel universitetindən psixoloqlar professor Danninq və onun aspirantı Kryuger bu hadisədən ilham alaraq psixologiyaya yeni bir anlayış gətirirlər.

Danninq-Kryuger (Dunning-Kruger) effekti koqnitiv təhrif sayılır. Səriştəsiz insanlar hər zaman səhv nəticələrə gələrək yanlış qərarlar verir, bilik və bacarıqları aşağı səviyyədə olduğu üçün də səhvlərini görmürlər. Bu da onlarda özləri haqda yüksək fikir formalaşdırır. Peşəkarlar isə əksinə - öz bacarıqlarını gözə soxmur, təvazökarlıq edir, özlərinə az güvənir, başqalarını daha qabiliyyətli görürlər. Yəni, səriştəsiz və işbilməzlər özləri haqda yüksək düşüncəyə sahib olur, işinin ustaları isə öz qabiliyyət və bacarılarını kiçik görür, ətrafdakıların da onları elə gördüklərini düşünürlər. Səhvlərini görməyən adam hər zaman haqlı olduğuna inanmağa başlayır və nəticədə özünü hamıdan üstün görməyə alışır.

Danninq-Kryuger effekti həyatda tez-tez rastladığımız psixoloji paradoksdur:

“Səriştəsiz adam özünü peşəkar, peşəkar isə özünə təvazökar gözlə baxır”.

Psixoloqlara görə bu effektə düçar olan biri aşağıdakı xüsusiyyətlərə malikdir:

- öz səriştəsizliyini (axmaqlığını) qəbul etmir;

- başqalarının daha ağıllı (bacarıqlı) ola biləcəyinə inanmır;

- qeyri-adekvat (sarsaq ) olduğunu rədd edir;

- özünə sonsuz dərəcədə güvənir.

Professor Danninq nadan və qanmaz adamın beynini təcrübəsizlik, nizamsız nəzəriyyə, təsdiqlənməmiş fakt, səhv alqoritm və əsassız təxminlərlə doldurulmuş qazana bənzədir. Beləsi illüziyalara elə qapılır ki, “Burda mənəm, Bağdadda kor xəlifə” ədası ilə özünü az qalsın parlaq zəka sahibi kimi görməyə başlayır.

“Axmaq axmaq olduğunu anlayanda artıq axmaq deyil” – Fyodor Dostoyevski

İnsan bilgisi, ağlı və paradiqmaları ilə yaşadığı dünyanı dərk etməyə cəhd edəndə müxtəlif ideyalar formalaşdıraraq onları təsdiqləyən informasiyalar axtarmağa başlayır. İnsana şəxsi nəzəriyyələri əsasında təcrübəsini interpretasiya etmə xüsusiyyəti xasdır. Cəhalət və avamlıq Danninq-Kryuger effektinə məruz qalanlarda özlərinə elə güvən və inam yaradır ki, o adamlara səhv olduqlarını izah etməyə çalışsan kəskin aqressiya ilə qarşılaşırsan.

Biri yaxşı şahmat oynadığını düşünür, çünki dostlarını asanlıqla udur. Ondan güclüsünün olmadığını deyir və gedir yarışlara qatılır. Elə ilk oyundaca “detskiy mat” edib, evinə göndərirlər. Halbuki Fişeri də udacağına inanırdı, şahmat dahisi sanırdı özünü. Bu yerdə Bertran Rasselin anlamlı kəlamını yada salmaq lazımmdır:

“Müasir dünyada səfehlər daha cəsarətli, ağıllı insanlar isə şübhəçidirlər”.

Sosial şəbəkələrdə bir qrup insan var ki, özünü hər sahə üzrə “profi” kimi aparır, ağına-bozuna baxmadan istənilən məsələ haqda fikir yürüdür, qarşısına çıxan hər statusa, hər tvitə qulp bağlayıb, şərh yazır. Onların içində həkim məsləhəti verən də var, dərman yazan da. Bəzi televiziya kanallarımıza baxanda elə təəssürat yaranır ki, ən yaxşı psixoloq, ən istedadlı riyaziyyatçı və ən ağıllı filosof, ən mahir kulinar və ən uğurlu dietoloq da studiyaya toplanmış ara müğənniləridir. Halbuki, proqramların çoxunda mütləq bir mütəxəssis var, lakin o, sakitcə kənara çəkilib xalqa təqdim edilən bu vakxanaliyanı izləməklə yetinir. Darvin necə də haqlıydı:

“Cəhalət və avamlıq özünə inam yaradır, bilgi isə əksinə”

Təcrübəsi və biliyi artdıqca insan özünə daha obyektiv qiymət verməyə başlayır. Öz üzərində çalışan çatışmazlıqlarını görür, onları düzəltməyə səy göstərir. Daha səriştəli və müvəffəq insanları gördükcə anlayır ki, hələ öyrənəcəyi çox şey var. Kəmsavad və qabiliyyətsiz insanın özünə verdiyi qiymət isə qüsurludur, beləsinin ətrafı onun səhvlərini üzünə deyə bilmir. Çünki onların özlərinin də səviyyəsi aşağıdır. Beləsi azca qabağa gedib, nəsə uğur qazandımı özünü Yer kürəsinin mərkəzi saymağa başlayır.

“Zəmanəmizin ən xoşagəlməz xüsusiyyətlərindən biri odur ki, özünə inamı yüksək olanlar başıboş və sarsaq, ağlı və təxəyyülü olanlar isə inamsız və tərəddüt edənlərdir” – Bertran Rassel

Bilmirəm, ümimiləşdirmək nə dərəcədə doğrudur? İnsanları iki qrupa – düşünən, savadlı, elmli və tənbəl, bisavad, cahillərə bölmək bizə nə üçün lazımdır? Əgər rəhbər vəzifədə işləyirsənsə birinciləri ikincilərdən ayırmaq, ayırdıqdan sonra da hər qrupla dil tapmaq son dərəcə vacibdir. Bizim coğrafiyalarda problem, hətta mən deyirdim ki, əsas problem İnsan defisitidir. Ancaq daha dəhşətli problem odur ki, defisitə rəğmən tapılan İnsan da digər qrup tərəfindən sıxışdırlıb uzaqlaşdırılır. Defisitin əsas səbələrindən biri “şanlı” Sovetin mirası, onun insana verdiyi dəyər şkalasının bu günə qədər gəlib çıxmasıdır. Şəxsiyyəti əzib bir heç edən Sovet maşını Şərq mentallığı ilə birləşib bizi zəlil günə qoydu. Bu kataklizmlər nəticəsində yaranmış “homo soveticus” və ona bənzər məxluqlar gəlib “müdirlər” ordusunu yaratdılar.

Minlərlə “müdir” – baş direktor, baş mühəndis, baş müəllim, baş aqronom, baş vəkil, baş həkim, baş sanitar və başqa “baş”lar başa keçib boz dünyamızı daha da qaranlığa sürükləyirlər. Və Danninq-Kryugerə görə bu “baş”lar buraxdıqları səhvləri nəinki düzəltməyə, heç səhv elədiklərini anlamağa da təşəbbüs etmir, idarə etməyə davam edirlər. Niyə də davam etməsinlər, həyat onlar üçün daha gözəl deyilmi?

“Bilən danışmır, danışan isə bilmir”, Lao-Tsı

Bəzən nikbin düşüncəlilər çıxış yolunun bu insanları təlim-tərbiyə edib, bilik və peşə səviyyələrinin yüksəldilməsində görürlər. Halbuki təcrübə belə insanların təlim və təhsilinə xərclənən pulların havaya sovrulan pullar olduğunu göstərir. Bu tip insanları motivasiya edib, dəyişdirmək də əbəs təşəbbüsdür. Onlara ilham vermək yerinə əmr etmək, məcbur edərək çalışdırmaq lazımdır. Müxtəlif reqlament, təlimat, nəzarət qaydaları belələri üçündür. Çünki “baş”ların öhdəsi yuxarıların əlindədir, divin canı kimi onların da canı bircə işarədən asılıdır.

İnsanları 2 kateqoriyaya bölmək praktik həyatda heç də asan iş deyil. Kanadalı jurnalist, sosioloq Malcolm Gladwell “Dönüş anı” (The Tipping Point) adlı kitabında insanın davranışlarını (əslində elə xarakterini də) asanlıqla dəyişməyin mümkün olduğunu isbatlayır. Ancaq ümumən insanları yenə də səfeh və ağıllılara ayırmaq lazımdır.

Marksistlər haqda bir zarafat var: ”Dünyada marksist yoxdur. Marksizmi anlamayan heç vaxt marksist ola bilməz. Digər tərəfdən, marksizmi anlayandan isə marksist olmaz”. Bu zarafatın içində Danninq-Kryuger effekti var, ancaq bu, marksistlərin xoşuna gəlməyəcək, çünki zarafatı başa düşməyəcəklər.

İncildə (1-ci Kor. 8:2) əshabə Pavel belə deyir: “Nəyisə bildiyini düşünən nə bildiyi haqda heç nə bilmir”. Müqəddəs kitabların yarandığı gündən qədim tarixlərdən bu yana bilinən bir həqiqət var: “Ağıllı öyrənməyi, səfeh isə öyrətməyi sevir”. Bütün məsələ də elə bundadır. Sadəcə olaraq bəzi cəmiyyətlərdə bu mərəzə tutulanlar həddən artıq çoxdur.

İbrahim Nəbioğlu

visiontv.az



Seçilən
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
251
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
238
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
212
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
211
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
201
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
192
Azərbaycanda bu məhsul bahalaşdı
183
Helikopter qəzası ilə bağlı yeni xəbər
157
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
153
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
152
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
149
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
146
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
142
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
141
Həlak olan şəxslər sabah dəfn olunacaq
141
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
129
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
113
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
109
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
109
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
105