AZ

Deputat: “Azərbaycanda alkoqollu içki istehsal edən müəssisələrin 75 %-i ixracla bağlı tələbi ödəyə bilmir”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu gün Azərbaycanda alkoqollu içki istehsal edən 132 müəssisə fəaliyyət göstərir, onların 75 %-i qanunvericiliklə müəyyən edilmiş ixracla bağlı (100 min dekalitr istehsal gücü) tələbini ödəyə bilmir.

Azərbaycanda aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

FED.az  xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu gün keçirilən komitənin iclasında “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən müəssisələrin 98-i araq, 65-i şərab, 20-si pivə, 4-ü şampan şərabı, 2-si tündləşdirici içkilər istehsal edir.

T. Rzayev bildirib ki, araq istehsal edən 98 müəssisənin yalnız 8-nin istehsal gücü qanunun ixracla bağlı tələbini ödəyə bilir: “75 % isehsalçı bu tələbi ödəyə bilmir. Kölgə iqtisadiyyatına ən çox araq istehsalı sektorunda rast gəlinir. Əlbəttə bu məlumatlar düşündürücü məlumatlardır. Pandemiyadan əvvəl 2019-cu ildə 978 min dekalitr, sonra 790 min dekalitr alkodollu içki ixrac edilib”. (Report)

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla