AZ

“AFFA-nın qərarı nə olur olsun, “Qəbələ” fəaliyyətini davam etdirməlidi”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Çox üzücüdür ki, “Qəbələ” sonuncu yeri tutdu. Amma bu futboldur, belə şeylər olur. Bir il çempionluğa oynayarsan, bir il də Premyer Liqada qalmağa. Həyat davam edir”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadov “Qəbələ”nin hazırkı durumu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Belə akademiyası olan, böyük işlər görən bir klubun bu vəziyyətdə olması çox məyusedicidir. Onlara uğurlar arzu edirəm. AFFA-nın qərarı nə olur olsun, “Qəbələ” fəaliyyətini davam etdirməlidir. Bu klub hələ Azərbaycan futboluna çox oyunçular qazandıracaq”.

Cavadov Azərbaycan Premyer Liqasında komanda sayının artırılması yönündə gedən müzakirələrə də münasibət bildirib:

“Əlbəttə, Premyer Liqada klub saytı artırılsa, çox yaxşı olar. Amma infrasturuktur və şəraiti olan komandalar Premyer Liqaya gəlməlidir. Yalnız bu halda çempionata maraq yaranar. Yəqin ki, AFFA rəhbərliyi bu şeyləri nəzərə alacaq. Ümid edirəm ki, yeni qərardan sonra Azərbaycan futbolu inkişafa gedəcək”.

Həsən Quluzadə

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla