AZ

Neft gəlirləri azalsa da... 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Artan qeyri-neft gəlirləri ümidvericidir

Son bir həftə ərzində dünya birjalarında neftin qiymətlərində yenidən dalğalanmalar baş verməkdədir. Belə ki, dünya bazarında neftin orta satış qiyməti 80-83 dollar arasında dövr edir, son bir həftə ərzində “Brent” markalı neft 10 sent ucuzlaşaraq 88,30 dollar, ABŞ-nin Qərbi Texas nefti 13 sent ucuzlaşaraq 82,50 dollar olub. Bu, aprelin ikinci yarısında təxminən 6-7 dollar qiymən enməsi deməkdir. Neftin qiymətinə ilin ilk aylarında Yaxın Şərqdə baş verən gərginliklərlə bağlı istehsalçılar tərəfindən hasilatın azaldılması, neft tədarükünün pozulması ilə bağlı narahatlıqlar təsir edərək bahalaşmasına səbəb olsa da, son günlərdə tədarük sxemlərinin bərpası qiymətlər sıçrayışlarının qarşısını alıb. Bu,“Azeri Light” neftinin də 2 dollar ucuzlaşmasına səbəbə olub.

Onu da qeyd edək ki, 2024-cü ilin ilk 3 ayı ərzində neftin dünya birjalarında orta qiyməti 85 dollardan yüksək olub ki, bu da neft ixrac edən ölkələr üçün məqbul qiymət şkalası hesab olunur. Bu dövrdə sərfəli qiymətlərə baxmayaraq, Dövlət Neft Fondunun (DNF) gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, birinci rübdə Fondun gəlirləri 5 milyard 268 milyon manat təşkil edib ki, onun 3,4 milyard manatı neft və qaz satışından daxilolamalardır. DNF mənfəət neftinin və qazın satışından 2 milyard 645,5 milyon manat, bonus ödənişlərindən 775,9 milyon manat, tranzit gəlirlərindən 3 min manat qazanıb. Ancaq ötən ilin eyni dövründə Fondun mənfəət neftinin və qazın satışından gəlirləri 4,8 milyard manat olmuşdu. Yəni, həmin sahə üzrə gəlirləri ən azı 2 milyard manat azalıb. Bunun əsas səbəbi ötən illə nisbətdə neft ixracının həcminin aşağı düşməsi, qismən də olsa qiymətlərin aşağı olmasıdır. 

Ancaq bütün bunlara baxmayaraq, qeyri-neft sektorlarındakı mövcud potensialların səfərbər edilməsi və əlavə dəyər gətirən mənbələrin iqtisadi səmərəliliyinin artırılması iqtisadi artımı və dayanıqlılığı tam təmin edib. Belə ki, 2024-cü ilin birinci rübündə ölkədə 29 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz çox ümumi daxili məhsul istehsal olunub ki, ÜDM-in əsas yükü qeyri-neft və qaz neft mənbələrinin üzərində qərar tutub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz azalsa da qeyri neft-qaz sektorunda isə 6,7 faiz artımın baş verməsi iqtisadi inkişafı təmin edib. 

Neft gəlirlərinin azalması fiskal yığımlarda da özünü göstərib. 2024-cü ilin yanvar-mart aylarında fiskal yığımlarda əsas yük qeyri-neft resurslarına əsaslanıb. Qeyd edilən dövrdə dövlət büdcəsinin gəlirləri 9 milyard 234,3 milyon manat təşkil edib ki, yığım potensialının əsas xətti qeyri-neft vergi və gömrük daxilolamlarından qaynaqlanıb. Dövlət büdcəsinin gəlirləri 8,5 milyard manat proqnoza qarşı 9,2  milyard manat təşkil etməklə  689 milyon manat və ya 8,1 faiz artıb. Həmin yığımların 50,6 faizini və ya 4,7 milyard manatını qeyri-neft gəlirləri təşkil edib. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert  3,2 milyard təşkil edib ki, bu da cəmi daxilolmaların 34 faizi deməkdir. Beləliklə, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri məhz qeyri-nef t gəlirləri hesabına 12,9 faiz çox icra edilib. 

Göründüyü kimi, neftin ucuzlaşması hazırda iqtisadi inkişaf drayverləri qeyri-neft sütunlarına söykənən Azərbaycan üçün qorxulu meyillər vəd etmir. Həm ölkədə yaradılan əlavə dəyərin, həm də fiskal yığımların əsas mənbəyi qeyri-neft gəlirləri təşkil etməkdədir. Bu makroiqtisadi nəticələr bir daha onu əsaslandırmış olur ki, neftin qiymətinin orta bazar qiymətləri daxilində dövr etməsi Azərbaycanın ümumi iqtisadi inkişaf templərini daralda və dayandıra bilməz, ölkənin milli iqtisadi gücü qeyri-neft resurslarına söykənməklə dayanıqlılığını qoruyub saxlayacaq. 

Ancaq arxayınlaşmağa da lüzum yoxdur, azalan neft-qaz gəlirlərini kompensasiya etmək üçün qeyri-neft sektorundan daxilolmaları artırmaq əsas çağırış kimi qarşıda durur. Ona görə də qeyri-neft sektorundakı yığım mənbələrinin daha da genişləndirilməsinə, bu sahədən gözlənilən gəlirləri ən azı 4-5 milyard manat artırmaq lazımdır. Hazırda hökumətin əsas diqqəti qeyri-neft yığım mənbələrini daha da aktivləşdirməkdir. Əsas ssenarilərdən biri bölgələrdəki imkanları səfərbər etməkdir. Hazırda regionların ölkə üzrə yaradılan əlavə dəyərdə payı təxminən 30-34 faizdir. 2023-cü ildə regionlar üzrə ümumi məhsul istehsalı 5,6% artaraq 40,2 milyard manat olub. Bu, ÜDM-in 33,2 faizi deməkdir. Həmin dəyərin təxminən yarısı isə Bakı-Abşeron iqtisadi rayonlarının payına düşür. Mövcud resursları nəzərə aldıqda, regionların milli gəlirlərdə payı çox azdır. Ona görə də ölkənin regionları arasında tarazlığın tam bərpa olunması, bölgələrdə iqtisadi artımı sürətləndirə biləcək istehsal və emal, sənaye müəssisələrinin yaradılması, məşğulluğun tam təmin olunması və digər hədəflərin gerçəkləşdirilməsinə ciddi ehtiyac var.

Proqnozlara əsasən,  ortamüddətli  dövrdə ölkədə qeyri-neft ÜDM-in həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5 faiz intervalında olacağı gözlənilir. Neft-qaz sektorunun ümumi iqtisadi artımda payı tədricən azalacaq və artımın əsas hərəkətverici dayağı qeyri-neft sektoru olacaqdır.

E.CƏFƏRLİ

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
440
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
394
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
314
Azərbaycanda bu məhsul bahalaşdı
294
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
282
Helikopter qəzası ilə bağlı yeni xəbər
266
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
261
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
261
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
257
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
235
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
226
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
224
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
217
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
194
Həlak olan şəxslər sabah dəfn olunacaq
192
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
182
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
168
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
166
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
157
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
138