AZ

“Neftçi”nin baş məşqçisi: “Çox xallar itirdik”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Həddindən artıq ağır oyun oldu. Hər iki komanda çox ciddi mübarizə apardı”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Anar Sarıyev deyib.

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ilk matçında “Xırdalan”a 75:80 hesabı ilə uduzan mütəxəssis bildirib ki, məğlubiyyətin əsas səbəblərindən biri itirilən xallardır: "Rəqib b yaxşı oyun nümayiş etdirdi, əzmlə mübarizə apardı və qalib gəldi. Biz çox xallar itirdik. Atışlarımız, cərimə atışlarımız çox zəif idi. Deyərdim ki, məğlubiyyətimizin əsas səbəblərindən biri bu oldu. Bunların üzərində ciddi işləməli, növbəti oyuna hazırlaşmalıyıq. Məncə, ikinci qarşılaşmada da çox maraqlı mübarizə olacaq. Komandama inanıram, həmin qarşılaşmada qələbə qazanıb üçüncü görüşə hazırlaşacağıq".

Qeyd edək ki, tərəflər arasında seriyanın 2-ci görüşü mayın 2-də keçiriləcək.

İdman.biz

Seçilən
21
41
Mənbələr
Şərh ()
Bağla