AZ

Boykotların hədəfi olan “Starbucks”: Gəlirləri azaldı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu ilin yanvar-mart ayları ərzində “Starbucks”ın gəlirləri azalıb.

Bakıvaxtı.az “Haber Global”a istinadən bildirir ki, bununla bağlı şirkət üç aylıq dövri hesabatını açıqlayıb.

Hesabata görə, yanvar-mart ayları dövründə şirkətin gəlirləri illik bazda 2 faiz azalaraq təxminən 8,6 milyard dollar təşkil edib. Halbuki bazar gözləntiləri şirkətin bu dövrdə 9,1 milyard dollar gəlir əldə edəcəyini proqnozlaşdırırdı. 

Bundan başqa, şirkətin ötən ilin yanvar-mart dövründə 79 sent olan səhm başına qazancı bu ilin eyni dövründə 68 sentə enib.

“Starbucks”ın İcraçı Direktoru (CEO) Laxman Narasimhan açıqlamasında bildirib ki, bu rübdəki performansın gözləntiləri doğrultmaması təəssüf doğurur:

“Şirkətin gəlirlərinin aşağı düşməsi müştəri trafikinə təzyiq edərək satışlara da təsir edib. Yaxın Şərqdə hələ də iqtisadi dalğalanmalar müşahidə olunur”.

Şirkət rəsmilərinin bəyanatına əsasən, İsrailin Qəzzaya hücumları səbəbiylə etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biri də “Starbucks” olub. İlin birinci rübündə yaşanan iqtisadi geriləmə məhz boykotların nəticəsidir. 

Gülşən Şərif

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla