AZ

Ermənistanda mövcud duruma içəridən baxış

Ermənistanda artıq xeyli müddətdir ki, Qazaxın 4 kəndinin Azərbaycana qayratılması müəyyən etirazlara səbəb olub.

Etiraz aksiyaları kütləvi xarakterli olmasa da davamıdır. Bu davamlılıq sülh danışıqlarına təhdid yarada bilərmi?

Bu suala cavab tapmaq üçün Ermənistandakı situasiyaya içəridən baxışa ehtiyac var.

Bu gün Ermənistan cəmiyyəti 3 yerə bölünmüş durumdadır.

BİRİNCİSİ – Hakimiyyət tərəfdarları

İKİNCİSİ – Müxalifət təırəfdarları

ÜÇÜNCÜSÜ – Gözləmə mövqeyi tutanlar

Aparılan sorğular əldə olan seçki nəticələri və  müşahidələr göstərir ki, bu gün hakim elitanı dəstəkləyənlər ölkə əhalisinin 20 faizi civarındadır.

Mövcud müxalifət tərəfdarları bundan və maksimim 15 faiz təşkil edir.

Gözləmə mövqeyi tutanlar təxminən 60 faizə qədərdir.

Hakimiyyətin tərəfdarları olanlar ənənəvi erməni nağıllarından doymuş, Azərbaycan və Türkiyə ilə dinc yaşamaq istəyən ermənilərdir.

Müxalifət tərəfdarları erməni nağıllarının təsirindən çıxa bilməyən millətçi “fanat”lar ordusudur.

Gözləmə mövqeyi tutanlar isə erməni nağılları ilə tərbiyə olunmuş və bu “həqiqətin” bir gün təcəlla edəcəyini gözləyənlərdir. Onlar bir qədər praqmatik görünür, amma  şüuraltı səviyyədə “böyük Ermənistan” arzusundan vaz keçməyiblər. Sadəcə mövcud durum onları şəxsi problemlərinin həllini “milli problem”dən daha önəmli hesab etməyə vadar edir.

Yerdə qalan çox az qisim, təxminən 5 faiz erməni var ki, onlar üçün heç nəyin fərqi yoxdur. Proseslərə tam biganədirlər.

Bu situasiya və faiz göstəriciləri 1988-ci ildə Qarabağda yaşayan ermənilərin durumunu xatırladır. Eyni mənzərə idi və ifrat millətçilərin daha uğurlu olması onunla nəticələndi ki, gözləmə mövqeyi tutan 60 faiz “niyə də yox” deyərək meydan çıxdılar. Və 30 ildən sonra bunun acısını yaşadılar.   

Asəf Quliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
herbiand.az

1Mənbələr