AZ

İmişlidə qəzada xəsarət alan körpə dünyasını dəyişib

İmişlidə iki avtomobil toqquşmasında xəsarət alan körpə 1 gün sonra xəstəxanada dünyasını dəyişib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, aprelin 29-da İmişli şəhəri H.Əliyev prospektindən İmişli rayonu, Otuziki kənd istiqamətində avtomobil yolu ilə hərəkətdə olan sürücü 1996-cı il təvəllüdlü Ləlişli Səmid Razi oğlunun idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə hərəkətdə olan zaman İmişli şəhəri, Q.Nəbi küçəsindən İmişli şəhəri, X.Bəylərov küçəsi istiqamətində avtomobil yolu ilə hərəkətdə olan sürücü 1956-cı il təvəllüdlü Mərdəliyev Sədiyar Əlisəfa oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

Nəticədə Sədiyar Mərdəliyev sağ bilək sümüyünün tipik yerdən sınığı, sol dirsək sümüyünün sınığı xəsarətləri və onun idarə etdiyi avtomobildə olan sərnişinlər 1991-ci il təvəllüdlü İmanova Günay Sədiyar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2024-cü il təvəllüdlü Niftalıyev Nurlan Nemət oğlu kəllə beyin travması, kəllə sümüyünün sınığı və ənsədə gematoma xəsarətləri ilə "İmişli Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə daxil olub.

Aprelin 30-da Niftalıyev Nurlan Nemət oğlu ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

OrxanRasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
e-huquq.az

1Mənbələr