AZ

Tanışını satdığı telefona görə bıçaqlayan şəxsə hökm oxundu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Habil Məmmədzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 30 oktyabr 2023-cü il tarixdə, saat 05 radələrində paytaxt ərazisində qeydə alınıb.

 

Belə ki, Habil Məmmədzadə tanışı zərərçəkmiş Yaşar Fərəcova (şərti) mobil telefon satıb. Sonra o, həmin şəxsdən ödənişini etməsini istəyib. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə Habil üzərində gəzdirdiyi bıçaqla zərərçəkmiş şəxsin boyun nahiyəsinə 1 dəfə vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 1 May 2024, 09:07   
Seçilən
61
Mənbələr
Şərh ()
Bağla