AZ

"TBC Kredit"in kredit portfeli böyüyüb və faiz gəlirləri artıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı 2023-cü ili 1 milyon 265 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 1 milyon 537 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "TBC Kredit"in xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 272 min manat və ya 17,7% azalıb. Xalis mənfəətin azalması xərclərin artması, əsasən də maliyyə aktivləri üzrə gözlənilən kredit itkilərinin bərpası üzrə ehtiyata ayırmanın daha böyük məbləğdə olması ilə əlaqədardır.

Marja.az Təşkilatın illik hesabatına istinadən xəbər verir ki, "TBC Kredit"in faiz gəlirləri 2022-ci ildə 3 milyon 787 min manat ikən, 2023-cü ildə 618 min manat və ya 16,3% artaraq 4 milyon 405 min manat təşkil edib. 

Ötən il "TBC Kredit"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyon 276 min manat və ya 12,2% artaraq 11 milyon 718 min manata çatıb. 

"TBC Kredit" Azərbaycan fəaliyyət göstərən aparıcı kredit təşkilatlarından biridir.  Təşkilat Gürcüstanda fəaliyyət göstərən aparıcı banklarından biri olan "TBC Bank"ın törəmə təşkilatıdır.

TBC Kredit
Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla