AZ

İndiyədək Ermənistanın dövlət sərhədi olmayıb - Erməni deputat

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Delimitasiyası və demarkasiya nəticəsində Ermənistan öz suverenliyini qorumaq üçün beynəlxalq səviyyədə tanınmış dövlət sərhədinə sahiblənəcək.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim "Mülki müqavilə" fraksiyasından olan deputatı Eriknaz Tiqranyan jurnalistlərə deyib.


Onun sözlərinə görə, delimitasiya və demarkasiya prosesinin hüquqi əsası qoyulub, lakin müxalifət saxta gündəm irəli sürərək insanların emosiyaları ilə oynamağa çalışır.

Deputat bir daha əmin edib ki, ərazilərin təhvil verilməsindən söhbət gedə bilməz.

Tiqranyan vurğulayıb ki, prosesin özündə delimitasiya istiqamətlərinin müəyyənləşdirilməsinə, lazım gələrsə, sərhədlərin düzəldilməsinə ehtiyac var.

“İnsanlar bu prosesin əleyhinə deyillər, hamısı yolların mülkiyyətçiliyini və onların yerini anlamaq üçün beynəlxalq səviyyədə sərhədlərin tanınmasını istəyir”.

O, sərhədin demarkasiyasına hardan başlamasından asılı olmayaraq, yenə də narazılığın olacağına əminliyini ifadə edib.

Erməni deputat Alma-Ata bəyannaməsinin nəzərdə tutduğu sərhədi yerdə çəkdiklərini vurğulayıb.

Parlamentari son vaxtlara qədər Ermənistan-Azərbaycan dövlət sərhədinin olmadığını, ilk dəfədir ki, sərhədlərin çəkildiyini qeyd edib.

Xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında aprelin 29-dək Qazax istiqamətində 35 sərhəd dirəyi quraşdırılıb.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla