AZ

Yozua Kimmix: “Xabi Alonso həmişə bir addım öndə olub”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Bayern”in futbolçusu Yozua Kimmix Leverkuzen “Bayer”inin baş məşqçisi, ispan mütəxəsiss Xabi Alonso haqqında fikirlərini paylaşıb.

Arena.az Kimmixin bu barədə fikirlərini təqdim edir:

“Alonso ilə oynayanda hərdən onun necə danışdığını, özünü məşqçi kimi apardığını görürdüm. Çox təsiredici idi. Həmişə öz mövqeyini, eləcə də komanda yoldaşlarının mövqeyini bilirdi və sənin harada olduğunu və harada olman gərək olduğunu həmişə bilirdi.

O, təkcə mövqeləşdirməyə köklənmirdi,, həm də rəqiblərimizi yaxşı başa düşürdü. Yadımdadır, o vaxt Tomas Tuxelin baş məşqçisi olduğu Dortmund “Borussiya”sı ilə oyunda dörd-beş oyunçunu dəyişmişdilər. Taktikalarını dəyişəndə bunu bizə ilk deyən Xabi idi.

O, həmişə bir addım öndə olub. Mən gənc oyunçu olanda onun mənimlə necə danışması heyrətamiz idi”, deyə Yozua Kimmix məftunluqla bildirib.

Xatırladaq ki, Xabi Alonso futbolçu karyerasının son illərini hazırda Kimmixin formasını geyindiyi “Bayern”də keçirib. İspan yarımmüdafiəçi 2013-2017-ci illər aralığında Münhen klubunun heyətində 117 oyun keçirib, 9 qol vurub, 12 assist edib.

Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul” və “Real”da da çıxış edib.

Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 42 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb. O, bu mövsüm Leverkuzen təmsilçisinə tarixinin ilk Bundesliqa çempionluğunu qazandırıb.

“Bayer” həmçinin Avropa Liqasında da mübarizə aparır. 1/8 finalda “Qarabağ”ı mübarizədən kənarlaşdırmış Almaniya klubu 1/4 finalda “Vest Hem”lə (İngiltərə) ilk oyun çərçivəsində evdə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. “Əczaçılar” bu yarışda da çempionluğa iddialıdırlar.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla