AZ

1 May - Zəhmətkeşlər günü: Km necə qeyd edir?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1 May bir çox ölkələrdə "Beynəlxalq Zəhmətkeşlər Bayramı" kimi qeyd edilir.

Bakıvaxtı.az xatırladır ki, dünyanın 80-dən çox ölkəsində fərqli şəkildə qeyd olunan bu bayramın tarixçəsi 19-cu əsrin ortalarına təsadüf edir. İlk dəfə 21 aprel 1856-cı ildə Avstraliyada fəhlələr iş gününün qısaldılması, səkkiz saatlıq iş rejiminə keçid tələbi ilə bağlı kütləvi mitinqlərə çıxıblar, tətillər başlayıb. Etirazçı kütlələrə təzyiq göstərilsə də, nümayişləri dağıtmaq mümkün olmayıb və onların tələbi qismən də olsa yerinə yetirilib. Ümumilikdə 9 günlük nümayişlərdən sonra hər il Avstraliyada may ayının 1-i bayram günü kimi qeyd olunmağa başlayıb.

Avstraliya hadisələrindən sonra 1866-cı ildə amerikalı zəhmətkeşlər günlük iş vaxtının 8 saata endirilməsini tələb ediblər. Lakin işçilərin bu tələbi ciddiyə alınmayıb və rədd edilib. Hətta etiraz aksiyası zəhmətkeşlərlə polislər arasında qanlı toqquşmaya səbəb olub. Çikaqo küçələrində qarşıdurma zamanı altı nümayişçi həlak olub. Səhərisi gün hüquq-mühafizə orqanları etirazçılara qarşı daha sərt tədbirlər həyata keçiriblər.

Bu qarşıdurma zamanı həm polisin, həm də etirazçıların kütləvi toplaşdığı meydana “qeyri-müəyyən” şəxs tərəfindən partlayıcı maddə atılıb. Nəticədə səkkiz nəfər polis əməkdaşı həlak olub, 50 nəfərdən artıq adam ağır dərəcəli bədən xəsarətləri alıblar.

Baş vermiş insidentə görə səkkiz nəfər həbs olunub. Onlar haqqında əvvəlcə asılmaqla edam hökmü çıxarılsa da, sonra cəzaları 15 il illik azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. 1889-cu ilin iyul ayında çoxsaylı Amerika fəhlələrinin müraciəti ilə Parisdə keçirilən 2-ci beynəlmiləl konqresdə 1 may tarixi bütün dünya fəhlələrinin həmrəylik günü elan edilib.

Sonrakı dövrlərdə isə 1 May tarixi müxtəlif adlarla qeyd olunmağa başlayıb. Belə ki, bu bayram "Dünya fəhlələrinin həmrəylik günü", "Dünya zəhmətkeşlərinin həmrəylik günü", "Əmək günü", "Beynəlmiləlçilik günü", "Əmək və bahar günü" kimi adlar altında keçirilib. 1972-ci ilə qədər 1 may tarixi SSRİ-də "Beynəlmiləlçilik bayramı" adlandırılsa da, elə həmin il bayramın adı dəyişdirilərək "Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü" olub. 1928-ci ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə 1 və 2 may qeyri-iş günü elan edilib və elə həmin ildən mayın 1-də bayram münasibətilə SSRİ-nin dörd bir yanında bayram nümayişlərinin keçirilməsinə qərar verilib. Mayın 2-də isə kütləvi bayram tədbirləri, gəzintilər təşkil olunub. SSRİ süquta uğradıqdan sonra Rusiyada bu bayram "Əmək və bahar bayramı" kimi qeyd olunur.

1 May dünya ölkələrində necə qeyd olunur?

Hazırda dünyanın 66 ölkəsində 1 May rəsmi bayram, 100-dən artıq ölkədə isə qeyri-rəsmi bayram kimi qeyd edilir. Bu bayramın əsas məqsədi cüzi maaş müqabilində insanların 15-16 saata qədər gündəlik iş rejiminə məhkum olunmasının qarşısını almaq, uşaq əməyinə qarşı aparılan sinfi mübarizəni sürətləndirmək və sosial sığorta ilə təmin edilməkdir.

1933-cü ildə Adolf Hitlerin hakimiyyətə gəlişindən sonra 1 May bayramı Milli Əmək günü adı ilə rəsmi status alıb. Almanlar bu bayramı II dünya müharibəsi zamanı işğal etdikləri ərazilərdə də təntənə ilə qeyd ediblər. Almaniyada bayram münasibətilə yarmarkalar açılır. Həmin yarmarkalarda sakinləri rəqs və digər əyləncələrlə qarşılayırlar. Hindistanda 1 May bayramı 1923-cü ildə rəsmi bayram statusu alıb. Finlandiyada 1 may tarixi tələbələrin bahar karnavalı bayramı kimi qeyd edilir və ölkədə kütləvi tədbirlər keçirilir.

1996-cı ildən 1 May Qazaxıstan xalqının birlik bayramı kimi qeyd olunur. İspaniyada 1 may tarixi Gül bayramı kimi keçirilir. İngiltərədə də bu gün təntənəli şəkildə qeyd olunur. Milli paltarlar geyinən ingilislər rəngli lentlər bağlanmış dirəklərin ətrafında rəqs edərək dünyaya sülh və əmin-amanlıq arzulayırlar.

Belarusda, Qırğızıstanda, Ukraynada, Çində, Şri-Lankada 1 May bayramı "Əmək bayramı" adı ilə qeyd edilir.

Fransada 1 May bayramında qızlara zanbaq gülü hədiyyə edilir. İtaliyada gül fetivalı keçirilir. İsveçdə isə 1 may tarixində isveçlilər evdən çıxardıqları zibili yandırırlar.

Azərbaycanda 1 May niyə qeyd olunmur?

1920-ci ildən başlayaraq ölkəmizdə 1 May rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər. SSRİ tərkibində olanda 1 May bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı. 1992-ci ildə isə bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv etdilər.

Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən 1 May xeyli dərəcədə ideolojiləşmiş bayram kimi o sıraya daxil edilmədi. Həmin bayramın sinfi ideologiyanı daşıyan şəxslərin təşəbbüsü ilə yaradıldığını əsas gətirdilər. 1992-ci ildə keçmiş prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyulub.

Gülşən Şərif

Seçilən
105
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1342
Azərbaycanda bu məhsul bahalaşdı
1250
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1162
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1014
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1011
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1001
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
978
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
976
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
970
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
916
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
894
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
835
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
788
Helikopter qəzası ilə bağlı yeni xəbər
769
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
743
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
739
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
728
Həlak olan şəxslər sabah dəfn olunacaq
709
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
680
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
662