AZ

İlmələri "danışdıran" toxucu xanım - VİDEO

İlmələri "danışdıran" toxucu xanım - VİDEO

Böyük səbr tələb edən ilmə peşəsi bu gün də Qusar rayonunda qorunur və yaşadılır. Hətta Qusarda ailə quran qızlara ləzgi çivəyi (corab, cehiz) vermək adətidə bu gün qalır.

Sonxeber.az xəbər verir ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın adını sənətində yaşadan Qusarlı xanımın əl işləri ATV Xəbər yaxından tanış olub.

Qusar rayonunun Gündüzqala kənd sakini Saimət Nağıyeva ömrünün çox hissəsini bu sənətə həsr edib. 40 yaşlı Saimət xanım deyir ki, corab toxumaqda qədimdən Qusarda adət olub. Buranın iqlimi olduqca sərt olduğu üçün qadınlar çivək adlandırılan belə corablar toxuyaraq ailə üzvlərinin ayaqlarını soyuqdan qoruyublar.

"Nənələrimizdə, analarımızda adət kimi ləzgi çivəki görmüşəm. Həm rayonda soyuqdu, həm də təbii olduğuna görə biz bunlardan toxuyub istifadə edirik. Eyni zamanda Qusarda belə bir adət var ki, ailə quran qızlara cehiz kimi ləzgi çivəki və onun müasir formasını verirlər. Üzərində naxış forması kimi, xalça, gül və alma naxışları olur. Bir cütü bir günə toxumaq olur".

Ətraflı "ATV Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
sonxeber.az

1Mənbələr