AZ

"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Hal-hazırda Ermənistanın milli maraqları Avropa İttifaqı və onun bütün üzv ölkələri ilə nümunəvi münasibətlərin olmasını tələb edir, lakin bu, Rusiya ilə ikitərəfli münasibətləri inkar etmir..."
 
Nədən Ermənistan qəflətən üzünü Avropaya çevirib?..
 
Keçmiş sovet respublikası olan Ermənistan Rusiya ilə münasibətlərinin tarixdə ilk dəfə olaraq qırılması fonunda Qərblə daha sıx əlaqələrə can atır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri yazıb.
 
Amerikalıları birgə təlimə dəvət edərək Ermənistan əmin edir ki, bu, heç də "Qərbə dönüş" demək deyil. Rusiya buna inanmır.
 
Ermənistanın xarici siyasətində tektonik dəyişilməsi, bunun nəticəsində Avropa İttifaqı ilə daha sıx əlaqələr yaratması Moskva üçün təhlükə törətmir, buna ölkənin Brüsseldəki səfiri Kreml ilə münasibətlərin gərginləşməsi fonunda təkid edir.
 
"Ermənistanın coğrafiyası elədir ki, tarixən və praktiki olaraq Rusiya ilə çoxsaylı əlaqələri var, yalnız fantaziyaya uyanlar Ermənistanın Rusiyanın regionda maraqlarını sarsıtmağa cəhd etməklə intihara bərabər addım atacağını düşünə bilər", - bu barədə nəşrə müsahibəsində ölkənin Avropa İttifaqındakı nümayəndəsi Tiqran Balayan bəyan edib.
 
"Ermənistanın Avropa İttifaqı ilə münasibətləri Ermənistanın milli maraqlarına əsaslanır. Hal-hazırda bizim milli maraqlarımız Avropa İttifaqı və onun bütün üzv ölkələri ilə nümunəvi münasibətlərin olmasını tələb edir", - o, deyib.
 
"Lakin bu, Rusiya ilə ikitərəfli münasibətləri inkar etmir, bu, bizim rusiyalı həmkarlarımıza izah etmək istədiyimizdir", - o, əlavə edib. 
 
Bundan öncə bu ay Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayyen və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüşdə Avropa İttifaqı bu keçmiş sovet respublikasının iqtisadi müstəqilliyi və dayanıqlığını möhkəmləndirəcək 270 milyon avro məbləğində tədbirlər paketi təqdim edib.
 
Hal-hazırda Rusiya faktiki olaraq Ermənistanın energetika şəbəkəsi, dəmir yolları və taxıl kimi əsas malların idxalında inhisara malikdir.
 
Rusiyanın son 30 ildə Ermənistanın sərhədlərinə nəzarət etməsinə rəğmən, son illər onunla münasibətlər pisləşib. Kreml Ermənistana qonşu Azərbaycanla uzunmüddətli münaqişədə dəstək verməyib.
 
Moskva 2020-ci ilin münaqişəsindən sonra Dağlıq Qarabağ regionuna mindən çox sülhməramlı göndərib, lakin onun qoşunları ötən ilin sentyabrında Azərbaycanın antiterror əməliyyatı zamanı müdaxilə etməkdən imtina edib, nəticədə ermənilər Qarabağı tərk etməli olub.
 
Bu olaydan bir neçə gün öncə Paşinyan "Politico" nəşrinə bəyan edib ki, təhlükəsizlik məsələlərində Rusiyaya daha bel bağlaya bilməz  və Qərb ölkələrini Ermənistanda demokratik islahatların keçirilməsində yardıma görə tərifləyib.
 
Ermənistan Moskvanın rəhbərlik etdiyi KTMT-də üzvlüyünü dayandırıb, ABŞ Silahlı Qüvvələrini birgə təlimlərdə iştirak etmək üçün dəvət edib. Azərbaycanla sərhəddə toqquşmaların qarşısının alınması məsələsində o, Avropa İttifaqının mülki monitorinq missiyasına bel bağlayır.
 
Eyni zamanda Ermənistan Qərbin Rusiyaya qarşı sanksiyaları altına düşməmək üçün səylərini gücləndirib, Rusiya ordusunun Ukraynada istifadə edə biləcək həssas malların ixracını istisna etməyə çalışır.
 
Lakin Balayanın sözlərinə görə, buna Rusiyanın ziyanına olaraq "Qərbə dönüş" kimi baxmaq lazım deyil. "Biz bu məsələləri rusiyalı diplomatlarla müzakirə edirik. Bəyəm Amerikanın  Ermənistan iqtisadiyyatına investisiyaları Rusiyanın maraqlarına hər-hansı formada zərər vura bilər?" - o, qeyd edib. 
 
Ötən ay Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanın Birləşmiş Ştatlarla artan əlaqələrini tənqid edib və ölkə hökumətini "Rusiya ilə münasibətlərin şüurlu surətdə qırıımasına yönələn fəaliyyətində ittiham edib".
Seçilən
110
23
Mənbələr
Şərh ()
Bağla