AZ

Bu gündən ibtidai siniflər üçün əlavə yaz tətili başlayır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili başlayır. SİA xəbər verir ki, ibtidai siniflər üçün mayın 6-sı dərs günüdür.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 16-20 noyabr payız tətili, 27-31 yanvar qış tətili, 1-5 may ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.

Seçilən
41
17
Mənbələr
Şərh ()
Bağla