Hollandiya millisinin sabiq hücumçusu Robin van Persi ölkəsinin "Herenven" klubunu çalışdıracaq. Manset.az report-a istinadən xəbər verir ki, tərəflər 2 illik müqavilə imzalayacaqlar. 40 yaşlı veteran futbolçu bu postda Kes van Vondereni əvəzləyəcək. "Herenven" Hollandiya çempionatında sona 3 tur qalmış 10-cu pillədə qərarlaşıb. Qeyd edək ki, Robin van Persi "Feyenoord", "Arsenal", "Mançester Yunayted" və "Fənərbağça" klublarının şərəfini qoruyub. Məşqçi kimi "Feyenoord"un gənclərdən ibarət komandasını çalışdırıb.