AZ

Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Qidalanmasına xüsusi fikir verən insanlar belə bəzən səhvlər edirlər. Xüsusilə də son illərdə sosial şəbəkələr səhv etmək riskimizi artırır. Çünki hər özünü qidalanma üzrə mütəxəssis elan edən şəxsin paylaşdığı xüsusi üsul, qarışım populyarlaşır.

Redaktor.az xəbər verir ki, Medicina.az bir çoxlarının faydalı zənn etdiyi bir neçə üsulla bağlı gerçəkləri araşdırıb.

Cəfəri ilə limon qarışımı qaraciyər yağlanmasına heç bir fayda vermir!

Təbii ki, hər iki qida faydalıdır. Salata bol miqdarda cəfəri əlavə edin və limon sıxın. Onların hər ikisinin tərkibindəki vitaminlər ümumi sağlamlığınıza fayda verəcək. Ancaq xüsusi bir qarışım hazırlamağa ehtiyac yoxdur. Çünki qaraciyərdə yağlanmanı azaltmağın ən yaxşı yolu arıqlamaqdır. İkinci ən vacib addım isə qlükoza və fruktoza ehtiva edən, işlənmiş qidaları kəsməkdir.

Üçüncü olaraq, tərkibində trans yağ olan hazır qidalardan uzaq durmaq lazımdır.

Qırmızı kələm B 12 səviyyəsini artırmır!

Turşu kələm kimi fermentləşdirilmiş qidalar B12 səviyyəsini artırmır. Düzdür, bakterial sintez yolu ilə B 12, K, B 1 və B 2 vitaminləri bağırsaqlarımızda daha çox sintez olunur, lakin onların gündəlik ehtiyaclarımıza töhfəsi demək olar ki, minimaldır.

Qırmızı ət, ağ ət, yumurta və süd məhsulları istehlak edərək qanda B 12 səviyyəsini yüksəltmək daha ağıllı seçimdir.

Yaxud, B 12-nin udulmasına təsir edən amilləri müəyyən edə, müvafiq dozada və formada B 12 əlavələri ilə qanda B 12 səviyyəsini artıra bilərsiniz.

Qələvi suların səhhətimizə faydaları müəyyən edilməyib!

Nə qədər qələvi su içsəniz də, mədə və böyrəklər həm bədən mayelərinin, həm də qanın pH səviyyəsini tarazlayaraq onu nəzarət altında saxlayır.

Mədə turşusu yüksək olduğundan, qələvi su mədəyə daxil olduqda, mədə mayesini müvəqqəti olaraq qələviləşdirir, lakin bu, uzun çəkmir. Əsasən limonla qələvi hala salınan su qanın pH səviyyəsini bir qədər yüksəltsə də, böyrəklərimiz onu tarazlaşdırmaq üçün sürətlə hərəkətə keçir. Qələvi su mədə yanmasını aradan qaldırır, lakin bu da müvəqqətidir.

Mütəxəssislər adi su içməyin çox daha faydalı olduğunu bildirirlər.

C vitamin əlavəsi qəbul etməli olduğumuz tamamilə yalandır!

Son illərdə bəzi dietoloqlar xüsusilə qış aylarında gündəlik olaraq C vitamini əlavəsi qəbul etməyin vacibliyindən danışırlar. Lakin bu yalandır. Çünki gündəlik ehtiyacınız olan C vitaminini sitrus meyvələri ilə yanaşı cəfəri, bibər və kivi kimi qidalardan da ala bilərsiniz.

Artıq yeməklərdən Omeqa-3 almaq şansımız olmadığı üçün hər kəsin Omeqa 3-dən müntəzəm istifadə etməsinin zəruri olduğu fikri də reallığa uyğun deyil. Həftədə iki dəfə yağlı balıq yemək və hər gün yumurta istehlak etməklə həftəlik Omeqa-3 ehtiyacını çox rahat qarşılamaq olar.

Seçilən
265
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
381
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
347
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
286
Azərbaycanda bu məhsul bahalaşdı
270
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
257
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
249
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
247
Helikopter qəzası ilə bağlı yeni xəbər
246
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
245
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
217
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
204
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
204
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
204
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
175
Həlak olan şəxslər sabah dəfn olunacaq
173
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
171
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
147
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
144
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
143
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
129