AZ

ABŞ həm Azərbaycan, həm də Ermənistanla danışıqlar aparmaqda davam edir - Dövlət Departamenti

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

ABŞ həm Azərbaycan, həm də Ermənistanla danışıqlar aparmaqdadavam edir.

Trend xəbər verirki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birincimüavini Vedant Patel brifinqdə bildirib.

O qeyd edib ki, bu məsələlərdə ABŞ dövlət katibi Antoni Blinkenşəxsən məşğuldur:

"Bu, Katibin özünün şəxsən dərindən məşğul olduğu sahədir.İşlədiyi müddətdə Azərbaycan və Ermənistanla mütəmadi olaraq əlaqəsaxlayıb və hər iki ölkə ilə əlaqələrimiz davam edir. Biz inanırıqki, sülh mümkündür və biz buna doğru çalışmaqda davamedəcəyik".

Qeyd edək ki, aprelin 28-də ABŞ Dövlət katibi Antoni BlinkenAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Dövlət katibi Antoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfliəlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərəkenerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələləriniqeyd edib. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın ABŞilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunuvurğulayıb.

Seçilən
63
50
Mənbələr
Şərh ()
Bağla