AZ

Netanyahu: “BCM-nin İsrail üzərində səlahiyyəti yoxdur”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin İsrail rəsmiləri və hərbçiləri barədə həbs orderləri verməsi tarixi qalmaqaldır”.

KONKRET.az xəbər verir ki, bu sözləri İsrailin baş naziri Binyamin Netanyahu deyib.

O bildirib ki, BCM-nin mümkün qərarı İsrailin Qəzza müharibəsinin məqsədlərinə çatmaq və Misirlə sərhəddə Rəfah əməliyyatını həyata keçirmək əzmini dəyişdirməyəcək.

“Bizə bunu etməyə (müharibə məqsədlərinə çatmağa) mane olmağa çalışan bir çox qüvvələr var. Bu yaxınlarda onlara başqa bir qüvvə – Haaqa Beynəlxalq Cinayət Məhkəməsi də qoşulub. Bu məhkəmənin İsrail dövləti üzərində heç bir səlahiyyəti yoxdur. Onun İsrail hərbçiləri və rəsmiləri üçün həbs orderləri verməsi ehtimalı tarixi miqyasda qalmaqaldır”, – deyə baş nazir bildirib.

Burhan,

KONKRET.az

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla