AZ

Bakı ilə İrəvan arasındakı dialoq müxtəlif formalarda və müsbət ruhda davam etməkdədir -Elçin Əmirbəyov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Papa Fransisk Həzrətlərinin Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikanın dini yömümlü "Servizo İnformazione Religiosa" xəbər agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasındakı dialoq müxtəlif formalarda və müsbət ruhda davam etməkdədir.

"Vurğulamaq lazımdır ki, təxminən iki il əvvəl sülh danışıqlarının və sülh müqaviləsinin layihəsinin təşəbbüskarı məhz Azərbaycan olmuşdur, və o vaxtdan bəri sülh prosesində mühüm irəliləyişlər əldə edilmişdir. Ən son müsbət irəliləyişlər ötən sentyabr ayında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edəndən sonra və Qarabağ regionu üzərində özünün effektiv nəzarətini bərpa edəndən sonra mümkün olmuşdur. Bu gün biz inanırıq ki, Ermənistanla birlikdə bütün yerdə qalan məqsədlərimizə siyasi vasitələrlə və nisbətən daha qısa müddət ərzində nail ola bilərik. İki həftə əvvəl Ermənistan öz qüvvələrini Azərbaycanın şimal-qərbində yerləşən Qazax rayonun otuz ildən çox işğal altında qalan dörd kəndindən çıxarmağa razılaşdı və dərhal sonra biz ölkələrimiz arasında bir gün dövlət sərhədinə çevriləcək ikitərəfli delimitasiya və demarkasiya prosesinə başladıq", - Elçin Əmirbəyov vurğulayıb.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi onu da qeyd edib ki, Azərbaycan özünün otuz ildən bəri davam edən münaqişə və qanunsuz işğal nəticəsində dağıdılmış bütün ərazilərinin yenidən qurulması və bərpası istiqamətində genişmiqyaslı səylərini qətiyyətlə davam etdirir.

Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsinin ərazisini tərk edib Ermənistana getmək qərarı orada məskunlaşmış əhali tərəfindən könüllü şəkildə qəbul edilmişdir: "Baxmayaraq ki, Azərbaycan hakimiyyəti onlara dəfərlə müraciət edib ölkəni tərk etməməyə çağırmışdır. Bir gün davam edən antiterror əməliyyatından dərhal sonra Ermənistanın bizə qarşı başlatdığı dezinformasiya kampaniyasına baxmayaraq, Azərbaycan yerli mülki əhaliyə orada qalıb, qanunlarımız çərçivəsində dinc şəkildə cəmiyyətimizə inteqrasiya etməyi təklif etmişdir. Lakin həqiqət ondan ibarətdir ki, gedənlərin bir çoxu, Azərbaycanın həmin regionunda ermənilərlə azərbaycanlıların dinc yanaşı yaşamalarına qarşı çıxan yerli qanunsuz separatçıların liderləri tərəfindən əslində buna “israrla sövq edilib”. Azərbaycan hakimiyyətinin daha öncəki fürsətlərdə də dəfələrlə bəyan etdiyi kimi, erməni və ya azərbaycanlı olmasından asılı olmayaraq bütün köçkün əhalinin öz evlərinə könüllü qayıtmaq hüququna qarşılıqlı əsasda hörmət edilməlidir. Unutmayaq ki, 1980-ci illərin sonlarında münaqişənin lap əvvəlində Ermənistanda 250 mindən çox mülki azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır".

Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, Azərbaycan ərazisindəki bütün ibadət yerləri, dini mənşəyindən asılı olmayaraq, cəmiyyətimizin çoxmillətli və multikultural xarakterini əks etdirən zəngin mədəni və dini irsimizin bir hissəsini təşkil edir. Hökumətimiz isə hər bir dini ibadət yerini heç bir ayrı-seçkilik qoymadan qorumaq vəzifəsinə ciddi yanaşır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Azərbaycanın aidiyyəti qurumları tərəfindən xarici dövlətin qanunsuz işğalı altında olan və münaqişənin təsirinə məruz qalmış ərazilərdəki bütün mədəni və dini abidələrin inventarizasiyası aparılmışdır. İki müharibədən sonra ayaqda qalan, lakin zədələnən abidələr hazırda bərpa mərhələsindədirlər, ancaq təəssüf ki, bir çox mədəni və dini abidələr işğalçı qüvvələr tərəfindən tamamilə məhv edilmişdir. Bir misal gətirim: Qarabağda və əvvəllər işğal olunmuş digər ərazilərdə 67 məsciddən 65-i yerlə yeksan edilmişdir.

Elçin Əmirbəyov bir daha qeyd edib ki, biz Azərbaycanda Papa Fransiskin, eləcə də dünyanın bir çox digər yüksək səviyyəli şəxslərinin Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşması məsələsinə göstərdikləri diqqəti yüksək dəyərləndiririk. Azərbaycan öz mədəni və dini müxtəlifliyi ilə fəxr edən dünyəvi ölkədir, burada müsəlmanlar, xristianlar, yəhudilər və digər konfessiyaların nümayəndələri əsrlər boyu harmoniya, əminamanlıq və dostluq şəraitində birgə yaşayıb. Biz doğrudan da inanırıq ki, ölkələrimiz arasında tezliklə bağlana biləcək sülh müqaviləsi nəinki dünyanın ən uzun və faciəli etnik münaqişələrindən birinə rəsmi olaraq son qoyacaq, həmçinin ermənilərlə azərbaycanlılar arasında etimadın yaranmasına xidmət edəcək və onların yaxşı qonşu və ola bilsin bir gün hətta dost kimi yaşamasına imkan verəcək.

Seçilən
151
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1292
Azərbaycanda bu məhsul bahalaşdı
1212
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1144
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
998
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
961
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
961
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
957
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
939
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
909
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
894
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
890
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
824
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
779
Helikopter qəzası ilə bağlı yeni xəbər
766
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
737
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
727
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
722
Həlak olan şəxslər sabah dəfn olunacaq
701
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
675
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
660