AZ

“Ermənilər 873 azərbaycanlını əsir götürüb, onların 253-ü Ermənistana aparılıb” – Eldar Səmədov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı həmin dövrdə bizə daxil olan məlumatlara görə 872 nəfərin ermənilər tərəfindən sağ-salamat şəkildə əsir götürülməsi və girov saxlanılması faktı məlumdur. Həmin vətəndaşlarımızın bir hissəsi Ermənistan Respublikasının ərazisində saxlanılıb. Səhv etmirəmsə, onların sayı 253 nəfərdir”.

Bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində sözügedən Komissiyanın İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov “AzPolitika.info”nun sualını cavablandırarkən deyib.

“Biz beynəlxalq təşkilatlar vasitəsi ilə həm Birinci Qarabağ müharibəsində atəşkəsin əldə olunmasından sonrakı dövrdə, həm də hazırda həmin şəxslərin, eyni zamanda bütün itkinlərin saxlanma yerləri barədə məlumatların Azərbaycan Respublikasına verilməsini tələb etmişik. Biz itkinlərin taleyinə aydınlıq gətirilməsi üçün qarşı tərəfin aidiyyatı qurumları ilə əməkdaşlığa hazırıq”, - E.Səmədov qeyd edib.

E.Rüstəmli

“AzPolitika.info”

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla