AZ

Sülhməramlıların Qarabağnda çıxarılması prosesi davam edir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiya sülhməramlılarının Qarabağda mərhələli şəkildə çıxarılması prosesi davam edir.

Gəncə şəhəri yaxınlığındakı Goran dəmir yolu stansiyasına vaxtaşırı zirehli texnika, xüsusi texnika, yanacaq tankerlərindən ibarət avtomobil karvanları gəlir. Texnika şəxsi heyətlə birlikdə platformalara yükləndikdən sonra Rusiyaya yola düşür.

Rus zabitlərdən biri Turan-ın müxbiri ilə söhbətində deyib ki, qoşunların çıxarılması mayın sonlarına qədər davam edəcək.

Kontingentin çıxarılması haqqında qərar aprelin ortalarında qəbul edilib, proses ayın 16-da başlayıb.

Sülhməramlılar 2020-ci ilin noyabrında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Qarabağa yerləşdirilmişdi.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla