AZ

Ayaq qaşıntısı və bişməcənin təbii yolla müalicəsi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Yay gələndə ayaqqabının içərisində ayaqların qaşınması, istilənməsi, bişməcə olması insanı narahat edir.

Xüsusən hərbiçilər, uniforma geyinən bir çox peşə sahibləri bu haldan şikayətçidirlər.

Bəs bunun təbii yolla müalicəsi varmı?

Fitoterapevt Yasəmən Əliyeva Hit.az-a bildirib ki, bu problemə şəfalı otlar vasitəsilə çarə tapmaq mümkündür.

“Xına bitkisini əzib ayaqları bir gecə onunla kompress eləmək ayaq tərləmələrinə və qaşıntıya yaxşı təsir edir. Zeytun yağı və çay ağacı yağını qarışdırmaq da ayaq tərləməsini azaldır. Şalfey kimi tanıdığımız adaçayını qaynadıb, ayaqları onun suyunda vanna eləməz tərləməni azaldır. Ayaqları sodalı suda vanna eləmək isə pis qoxunun qarşısını alır və mikrobları öldürür. Andız bitkisini qaynadıb bu su ilə ayaqları yumaq qaşıntını kəsir və müalicə edir”- deyə o qeyd edib.

Murad

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla