AZ

Sənət dünyasının ən böyük sirli tablolarından biri: Model Türk Paşanın məşuqəsi imiş

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İncəsənət dünyasının ən məşhur və eyni zamanda sirli tablolarından biri olan və sərgiləndiyi gündən bu günə qədər mübahisələrə səbəb olan “Dünyanın Mənşəyi” əsəri ilə bağlı maraq doğuran çoxlu suallar  olub. 

 

Sfera.az bildirir ki, 19-cu əsrdə fransız rəssamı Kuber tərəfindən çəkilmiş “Dünyanın mənşəyi” tablosundakı modelin kimliyi sənət aləminin ən maraqlı mövzularından biri idi. Həmin sirr bir əsr yarım sonra açılıb. Fransız mütəxəssislərin araşdırmasına görə, qadın cinsi orqanını əks etdirən rəsmin modelinin Osmanlı diplomatı Halil Şərif Paşanın məşuqəsi balerina Konstans Queniaux olma ehtimalı 99%-dir. 

 

Qeyd edək ki, tablodakı qadının Kurbetin sevgilisi olduğu düşünülürdü. 


İllər boyu sənət tarixçiləri, tablodakı modelin Kurbetin sevgilisi, eyni zamanda rəssamın amerikalı rəssam dostu Ceyms Vistler ilə romantik münasibətdə olduğu deyilən İrlandiyalı model Coanna Hiffernan olduğuna inanırdılar. Ancaq Hiffernanın qırmızı saçları olduğuna görə bu iddiaya həmişə şübhə ilə yanaşılıb.


Lakin son araşdırmalar nəticəsində məlum olub ki, şəkildəki model maraqlı və qalmaqallı şəxsiyyəti, sənətə olan həvəsi ilə tanınan Türkiyə Tənzimat dövrünün dövlət xadimlərindən olan Xəlil Şərif Paşanın məşuqəsi balerina Constance Queniauxdur.


Queniaux 1866-cı ildə rəsm çəkildiyi zaman Osmanlı diplomatı Xəlil Şərif Paşanın məşuqəsi olub. Rəsmi Xəlil Paşanın öz erotik kolleksiyası üçün sifariş etdiyi də deyilir.

 

Bəs həqiqət necə üzə çıxıb?


Sözügedən dəlil fransız yazıçısı Aleksandr Düma (“Üç muşketyor”un məşhur müəllifi, həm də yazıçı Aleksandr Dümanın oğlu) və fransız qadın yazıçı Corc Sand arasındakı yazışmalarda tapılıb.


Kəşfi edən fransız tarixçi Claude Schopp, Dümanın kitab üçün məktublarını nəzərdən keçirərkən Queniaux əlaqəsinə rast gəlib. Məktubun bir hissəsində deyilirdi: 

 

“Heç kim Miss Queniaultun ən incə və qlamur interyerini çəkə bilməz”.

 

“Adətən mən uzun müddət işlədikdən sonra kəşf edirəm"-bildirən fransız tarixçisi “Bu dəfə bu, dərhal baş verdi”- deyir. 

 

Schoop öz kəşfini Fransa Milli Kitabxanasının çap departamentinin rəhbəri Silvi Aubenas ilə də bölüşüb. Aubenas mətbuata açıqlamasında bildirib: 

 

"O dövrə aid dəlillər məni inandırır ki, Kurbetin modelinin Constance Queniaux olması ehtimalı 99%-dir".


Bu illər ərzində tablo əldən-ələ keçib. 

 

Orsay Muzey Sərgiyə çıxdığı ilk gündən sonsuz müzakirələrə səbəb olan tablo illər ərzində dəfələrlə əl dəyişdirib. 1955-ci ildə Parisdə keçirilən hərracda 1,5 milyon fransız frankına satılıb. Onun yeni sahibi psixoanalitik Jak Lakan olub. Lacan və həyat yoldaşı Silvia Bataille tablonu uzun müddət öz evlərində saxlayıblar. Lacan 1981-ci ildə vəfat edəndə, Fransa Xəzinədarlığı rəsm müqabilində ailənin vergi borcunu silməyə razılaşıb və beləliklə də, “Dünyanın Mənşəyi" əsəri bu gün də sərgiləndiyi Orsey Muzeyinə köçürülüb.

 

Osmanlı ilə bağlılığı ilə Türkiyədə yaxşı tanınan rəsm haqqında Enis Batur "Alma" adlı kitabında da məlumat yazıb.


Xəlil Şərəf Paşa kimdir?

 

Qahirədə doğulan və türk-alban ailəsindən olan Halil (Xəlil) Şərif Paşa Parisdəki Osmanlı səfirliyi, xarici işlər naziri kimi yüksək vəzifələrdə çalışıb. Dövlət xadimi, həm də böyük sənətsevər kimi və şəxsi həyatı ilə Türkiyə Tənzimat dövrünün ən rəngarəng şəxsiyyətlərindən biri olan Paşa, İnqresin “Türk hamamı” (1862) və Kurbetin yataqda iki qadını əks etdirən “Yuxu” (1866) filmlərini də sifariş etmiş və kolleksiyasına əlavə etdi.


Qumar aludəçiliyi səbəbindən maliyyə çətinlikləri yaşayan Xəlil Şərif Paşa bir çox tablosunu satmalı olub. Tablonun beləcə Fransaya gedib çıxdığı düşünülür.

 

Xanım

Sfera.az

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
142
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
140
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
129
Azərbaycanda bu məhsul bahalaşdı
125
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
124
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
117
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
105
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
102
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
95
Həlak olan şəxslər sabah dəfn olunacaq
92
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
88
Helikopter qəzası ilə bağlı yeni xəbər
84
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
79
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
73
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
70
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
69
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
64
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
61
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
60
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
54