AZ

Bakı İstintaq Təcridxanasında sıxlıq problemi: məhbus yaxınları narazıdırlar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1 saylı Bakı İstintaq Təcridxanasında xeyli sıxlığın olduğu bildirilir.

"Yay fəsli yaxınlaşdıqca bu problem daha da ciddiləşir”. 

Bu şikayət məhbus yaxınlarındandır. 

Onların sözlərinə görə, Azərbaycan məhkumların sayına görə Cənubi Qafqazın lider ölkəsi olmaqla yanaşı, təcridxanaların sıxlığına görə də birinciliyi digərləri ilə bölüşmür. 

Məlumata görə,  4 yerlik kameralarda 10, 6 yerlik kameralarda 12, 8 yerlik kameralarda 20 nəfər saxlanır. 

Məhbus yaxınları deyirlər ki, sıxlığa səbəb yaradan əsas amil ölkənin Cənub bölgəsindən həbs edilənlərin Lənkəranda açılmış yeni istintaq təcridxanasına deyil, Kürdəxanıya gətirilmələridir. 

Açılışında dövlət başçısı İlham Əliyevin də iştirak etdiyi Lənkərandakı təcridxana hələ də istifadəyə verilmir. 

Bunun səbəbi isə ictimaiyyətə açıqlanmır. 

"Sıxlığın əsas səbəbi isə Cənub bölgəsindən həbs edilənlərin çoxunun narkotrafikdə ittiham edilməsidir. Bu məsələnin Bakıdakı təcridxana rəisləri ilə Pentensiar Xidmət rəhbərliyi arasında alver predimeti olduğu barədə isə dəfələrlə yazılıb. Baş verənlər bizim də şübhə və qənaətlərimizi təsdiqləyir”, - deyə şikayətçilər bildiriblər. 

Onlar deyirlər ki, təcridxana rəisləri imkanlı məhkumları Bakıda saxlamaq üçün "ciddi fədakarlıq” edirlər, çünki imkanlı məhkumlar və onların yaxınları rəislərə "hörmət” edirlər. 

Şikayətçilər deyirlər ki, əgər Lənkərandakı təcridxana istifadəyə verilərsə, sıxlıq xeyli aradan qalxacaq. 

Azərbaycan həbsxanalarında imkanlı məmurlara şəraitin yaradılması məsələsi isə yeni deyil, dəfələrlə digər məhbuslar təcridxana və həbsxanalarda həbs edilən məmur və iş adamlarının hətta öz kameralarını təmir etdirdiyi, özlərinə xüsusi şərait yaradıqları mediada və sosial şəbəkələrdə tirajlanıb.  

Pentensiar Xidmətdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Seçilən
58
Mənbələr
Şərh ()
Bağla