AZ

Orta ixtisas təhsil müəssisələrinin sual doğuran FAYDALILIĞI: “Kollecdə təhsil alanlara ürəyim ağrayır”

“Üç aylıq bir peşəni hər hansı bir peşə təhsili mərkəzində mənimsəmək, yaxud altı aylıq bir kurs keçmək, əmək bazarı üçün üç-dörd il kollec oxumaqdan daha faydalıdır”.

Bu fikirləri son dövrlər kollec təhsilinin perspektivliyinin aşağı düşməsi və məzunların əmək bazarında iş tapmaqda yaşadığı çətinliklər barədə danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda kollec təhsili formal xarakter daşıyır:

“Kolleclər müstəqil və ali təhsil müəssiələri nəznində olmaq üzrə iki yerə bölünür. Lakin hər iki qrupa aid olan təhsil formal təhsildir. Orada təhsil alanların qəti haqqına girmək istəməzdim. Mənim valideynlərim də kollec məzunlarıdır. Hətta atam universitetə qəbul olmamışdan öncə iki ayrı orta ixtisas təhsili müəssisəsində təhsil alıb. Çünki o vaxt “texnikum” adlanan kolleclərin təhsilinin əmək bazarındakı yeri və nüfuzu formal deyil idi. Lakin müstəqillik illərində isə, yalnız pedoqoji əsaslı kolleclər əmək bazarı üçün kifayət qədər kadr hazırlaya bilirdi. Baxsaq, MİQ-də də görürük ki, kollec məzunu olan müəllimlər bəzən universitet məzunu olan müəllimləri də qabaqlaya bilirlər. Lakin indi, çox təəssüf ki, bir neçə müəllimlik sahəsini kollecdə saxlayıblar. Bu, texnologiya, hərbi çağırış, fiziki tərbiyə müəllimlikləridir. Hətta ibtidai sinif müəllimliyini belə kollecdən götürərək yalnız ali təhsil səviyyəsinə daxil etdilər. Mən bununla tam olaraq razıyam. Çünki bizdə kollec təhsili get-gedə zəifləyərək aşağı tempə düşmək üzrə idi. İndi də bunu bariz görə bilirik.

Bunlar nəticəsində kollec məzunlarının əmək bazarında, cəmiyyətdə özlərini realizə edə bilməməsinin şahidi olduq. Təhsilin keyfiyyəti bir kənara qalsın, diplomun keçərliliyi də o qədər də rol oynamır. Çünki bu, tam ali təhsil sayılmadığına görə əmək bazarında olan istehsalçılar, şirkətlərdə işəgötürənlər yalnız bakalavr diplomunu keçərli hesab edirlər. Həm sənədlilik, həm nüfuz, həm də yararlılıq baxımından kollec təhsili cəmiyyətdə həddindən artıq kölgədə qalıb. Təbii ki, burada itirən gənclərimizdir. Mən kolleclərdə təhsil alan, savadına görə universitet tələbəsindən geri qalmayan bir çox gənc tanıyıram. Onların hər birinə görə çox təəssüf hissi keçirirəm. Nə yaxşı ki, bir neçə il bundan öncə ortalama balı yaxşı olanların ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulları ilə bağlı qərar verildi. Hətta bəzi universitetlərdə təhsil alan tələbələr bu qərarı xoş qarşılamadı. Mənim hazırda kollecdə təhsil alan, yaxud məzun olmuş şəxslərə ürəyim ağrayır. Əmin ola bilərsiniz ki, üç aylıq bir peşəni hər hansı bir peşə təhsili mərkəzində mənimsəmək, yaxud altı aylıq bir kurs keçmək, əmək bazarı üçün üç-dörd il kollec oxumaqdan daha faydalıdır”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23875
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13272
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10707
Helikopter qəzası ilə bağlı yeni xəbər
6125
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5707
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5537
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4613
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4547
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3892
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3723
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3570
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3483
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2880
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2765
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2540