AZ

Azərbaycanın qəribə akademik təhsil sistemi...

Son illər hansı məzunu dindirirsən, deyir magistratura oxuyuram. Bu magistratura nəyə yarayır?

Cavab sadədir, magistraturanı elmi dərəcələr almaq istəyənlər oxuyurlar. O kəslər ki, onlar gələcəkdə elmi araşdırmalar aparacaq, elmi dərəcələr alacaqlar.Magistratura oxuyub, şirkətlərdə hər hansı iş görənlər əsla artıq maaş almır, xüsusi İltimas görmürlər.Bu sadəcə CV-ni göndərəndə sənin şəxsi işinə təmtəraq qatır.

Azərbaycanda akademik təhsilin dünyda təhsilindən  yekə bir fərqi var.Dünyada magistraturanı bitirənlər bir başa doktorluq müdafiəsinə keçə bilirlər. Bizdə isə elmlər namizədi sratusunu əvəz edən bir fəlsəfə doktoru nominasiyasını araya soxuşdurublar.

Təsəvvür edin ki, Berlin universitetinin doktorluq diplomunu AMEA namizədlik kimi qəbul edir. Gör Berlin nə günə qalıb və ya gör biz nə təhər yekəlmişik.

Yekəlməyimiz könül açardı, o halda kı əməlimizlə hərəkətimiz düz gəlsin,elmimiz dünya elminə nümunə olsun, yüksək elmi kəşflərimizlə dünyanı heyrətləndirək.

İndiki halda özümüzü aldatmaqdan başqa bir iş görmürük. Əcnəbi seyrə balonlarla çıxır, biz isə...

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
hit.az

10Mənbələr