AZ

"Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

style='margin-bottom:10px;'>

"Real"ın müdafiəçisi Antonio Rudiger PSJ-nin hücumçusu Kilian Mbappe ilə Çempionlar Liqasının finalında mümkün qarşılaşması barədə danışıb,

QOL.az xəbər verir ki, almaniyalı müdafiəçi yarımfinalda "Bavariya" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib ki, Mbappe onu keçə bilməz: 

“Finalında Mbappe ilə qarşılaşsam, ona qalib gələcəm. Yanımdan keçməyə çalışsa, onu əzəcəcəyəm".

Rudiger Mbappenin böyük oyunçu olduğunu da qeyd edib: “O, gənc yaşında Fransa ilə dünya çempionatını qazanıb. Hazırda ən yaxşı oyunçulardandır. “Real”a gəlməsindən danışsaq, hələ rəsmi məlumat yoxdur. Amma gəlsə, düşünürəm ki, yaxşı olar. Həmişə tarixin ən yaxşıları “Real”da oynayıblar”.

Qeyd edək ki, 1/4 finalda "Mançester Siti"dən üstün olan "Real" bu gecə yarımfinalın ilk matçında "Bavariya" ilə üz-üzə gələcək. "Barselona"nı mübarizədən kənarlaşdıran PSJ isə sabah yarımfinalın ilk oyununda Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. 

Seçilən
81
2
Mənbələr
Şərh ()
Bağla