AZ

Goranboyda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada rayon Rəhimli kənd sakini Rəşid Böyükkişyevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
48
Mənbələr
Şərh ()
Bağla