AZ

Abbas İsmayılov: “Naxçıvanda səyyar vergi yoxlamalarının sayı 9 dəfəyədək azaldılıb”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Naxçıvan Muxtar Respublika iqtisadiyyatında şəffaflaşma məqsədilə 2024-cü ilin mart ayınadək yumşaq keçid tətbiq edilib, vergi nəzarəti tədbirlərinin minimuma endirilməsi kimi yumşaq gücə üstünlük verilib.

Bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.

“Ötən il 2022-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 9 dəfəyədək, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 4 dəfədən çox azaldılıb. Eyni zamanda ötən bir il ərzində Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında müasir standartlara cavab verən və vergi orqanının təqdim etdiyi elektron xidmətlər göstərən vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib”, – A.İsmayılov bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə xidmət mərkəzləri tərəfindən göstərilən xidmətlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə, 2024-cü ilin I rübü ərzində isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb.

“2023-cü ildə özəlləşdirmədən daxilolmalar 2,3 milyon manat təşkil edib ki, bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə, 2024-cü ilin I rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalar 12,3 dəfə, özəlləşdirilən əmlakların sayı isə 6 dəfə artıb”, – nazir müavini əlavə edib.

Seçilən
7
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1301
Azərbaycanda bu məhsul bahalaşdı
1218
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1145
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
999
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
969
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
965
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
964
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
959
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
909
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
894
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
891
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
827
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
780
Helikopter qəzası ilə bağlı yeni xəbər
766
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
737
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
728
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
725
Həlak olan şəxslər sabah dəfn olunacaq
701
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
675
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
660